(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ” “Sevilya”dan da xal ala bilər”

“Qarabağ” “Sevilya”dan da xal ala bilər”

“Qəbələ”nin ispan futbolçusu Fernan Ferreyra Lopez futbolinfo.az saytına müsahibə verib. O, komandanın hazırkı durumundan və qarşıdakı oyunlarından danışıb. 

- “Sabah”la matça hazırsız?
- Komanda oyuna hazırdı. Bizim üçün bütün oyunlar vacibdi. “Sabah” yaxşı heyətə malikdi, amma biz də xal qazanmaq üçün meydana çıxacağıq. Çempionata yaxşı başlamamışıq. Ona görə 3 xalı hesabımıza əlavə etmək vaxtdı.

- Komandada ab-hava yaxşıdı?
- Bir həftə əvvələ qədər vəziyyət yaxşı deyildi. Amma indi atmosfer yaxşıdı. "Sumqayıt“a qarşı keçirdiyimiz yoxlama oyunu bizi özümüzə gətirdi. Komandada ab-havanın yaxşılaşmasına kömək etdi.

- Səncə, bunun səbəbi sabiq baş məşqçiniz Sənan Qurbanov idi?
- Bunu şərh etmək mənim işim deyil. Ümumiyyətlə, bu mövzuda danışmaq da doğru deyil. Mən ona hörmət edirəm. Hazırda fikrim komandadadı və xal qazanmaq üçün daha yaxşı çıxış etməliyik.

- Heyətinizə baxsaq, çempionatda hansı yerlər üçün oynaya biləcəyinizi düşünürsən?
- Düşünürəm ki, yaxşı futbolçularımız var. Uğur qazana, daha yaxşı yerlərdə ola bilər. Fikrimiz daha çox xal toplayıb irəli getməkdi. Ümid edirəm ki, bu heyətlə biz ən azı istədiyimiz yeri tuta bilərik.

- “Keşlə”yə 0:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- Həqiqətən həmin matçı qalib başa vurmaq istəyirdik. Evdə oynayırdıq və çox çalışdıq ki, 3 xal qazanaq. Lakin ilkn hissədə buraxdımız səhvlər, qapımızda gördüyümüz qollar bizə çox təsir etdi. Yaxşı oynamadıq və bunun cəzasını çəkdik.

- Azərbaycan çempionatındakı rəqabətdən razısan?
- 8 komanda olmasına baxmayaraq çempionatın səviyyəsi yuxarıdır. Hər komanda avrokuboklarda iştirak etmək üçün mübarizə aparır. Buna nail olan komandalar Avropada da pis çıxış etmir. Burada rəqabət ona görə yaxşıdır ki, hər komanda digərindən xal ala bilər. Mənim üçün yaxşı liqadır.

- Amma demək olar ki, “Qarabağ” rahat çempion olur. Bunu bir neçə ildir görürürk və bu mövsüm də hamıdan üstündürlər...
- Bununla razıyam. Onlar hər kəsdən bir pillə üstündürlər. Son 6 ilin qalibi olmaları və mütəmadi olaraq avrokubokların qrup mərhələsində çıxış etməkləri buna sübutdur.

- Səncə, “Qarabağ” “Sevilya”dan xal ala bilər?
- “Qarabağ” topu özündə saxlayan və rəqiblərə çətinlik yaradan bir komandadır. Onlar hər zaman avrokuboklarda öz güclərini göstəriblər. “Sevilya” bu il Avropa Liqasının favoritlərindən biridir. Ona görə də çətin olacaq. Lakin “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”ya çətinlik yarada bilmişdik. Hər iki oyunda onlardan xal almağı bacarmışdı. Düşünürəm ki, “Sevilya”ya qarşı da eyni cür çıxış etmək iqtidarındadırlar.

CAVAD


 
tarix: 12-09-2019 14:53


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az