(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Faysal Rerras: “Avroliqada 1/16 finala vəsiqə əldə edə bilərik”

Faysal Rerras: “Avroliqada 1/16 finala vəsiqə əldə edə bilərik”

“Qarabağ”ın yeni transferlərindən olan müdafiəçi Faysal Rerras futbolinfo.az saytına müsahibə verib. Belçikalı futbolçu “Neftçi”yə qarşı keçirəcəkləri oyundan danışıb, Avropa Liqasındakı şanslarını dəyərləndirib:

- “Neftçi” ilə qarşılaşmaya hazırsız?
- Bilirəm ki, çempionatın derbisidir. Bundan əlavə liqanın ən yaxşı oyununu izləyəcəyik. Düşünürəm ki, stadionda inanılmaz ab-hava olacaq. Fikrimcə, azarkeşlər də qarşılaşmaya xüsusi hazırlaşır. Çalışacağıq ki, bu matçda da azarkeşlərimizi qürurlandıraq.

- Səncə, bu qarşılaşmadakı 3 xal çempionluq üçün önəmli olacaq?
- Bu çox vacib qarşılaşmadır. Çünki rəqib də çempion olmaq üçün mübarizə aparır. Lakin biz çox təzyiqlə oynamaq istəmirik. Buna ehtiyac da yoxdur. Çünki bu 3 xal digər matçlar qədər vacib olacaq. Biz öz azarkeşlərimiz üçün çıxış edəcəyik. Onları qələbə ilə sevindirmək niyyətindəyik.

- Avropa Liqasında düşdüyünüz qrup haqqında nə düşünürsən?
- Yaxşı qrupa düşmüşük. Avropada asan oyun yoxdur.

- Qrupdakı rəqibləri dəyərləndirsək?
- Hər kəs bilir ki, “Sevilla” qitənin top komandalarındandır. Onlar son illərdə 3 dəfə Avropa Liqasının qalibi adını qazandılar. Avrokuboklarda yaxşı işlər görüblər və təcrübəyə sahibdirlər. Qrupun ən güclü komandasıdır. Buna kimsə şübhə edə bilməz.

- Lakin “Düdelanj” və APOEL-in “Qarabağ”ın dişinə görə rəqiblər saymaq olar?
- Biz onlara qarşı daha uğurlu olmağa çalışacağıq. Hər iki rəqibdən xallar ala bilərik. Lakin bu asanlıqla başa gəlməyəcək. APOEL bizi Çempionlar Liqasında mübarizədən kənarlaşdırdı. Bu səbəbdən onları asan rəqib adlandırmaq doğru olmaz. “Düdelanj”ın keçdiyi yol da uğurlu oldu.

- Növbəti mərhələ şansları var?
- Əlbəttə, var. Biz 1/16 finala vəsiqə əldə edə bilərik. Lakin özümüz yaxşı motivasiya olmalıyıq. Ümid edirəm ki, istəyimiz reallaşacaq.

- İlk matçın “Sevilya” olması sizin üçün yaxşı haldır? Üstəlik, bu matçı evdə oynayacaqsız...
- Bəli, öz azarkeşlərimiz qarşısında yaxşı start olacaq. Böyük komanda ilə matçda tərəfdarlarımzın dəstəyi ilə uğurlu çıxış etməyə çalışacağıq. Onların köməyi ilə qrupun favoritinə qarşı yaxşı nəticə əldə edə bilərik.

CAVAD


 
tarix: 13-09-2019 15:37


 
Xəbər lenti
21.09.2019

01:06   La Liqada tur heç-heçə ilə başladı

00:56   “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45   3 xalı 3 qolla qazandılar

00:37   “Strasburq” əzmkar qələbəyə sevindi

00:25   “Şalke”dən çətin qələbə

20.09.2019

23:28  “Göztəpə” ilk qələbəsini qazandı

22:21  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

21:57  Əliyevin komandası Quliyevi məyus etdi

21:19  “Traktor”a 1 qol bəs etdi

20:34  Millimizin daha bir rəqibi beynəlxalq turnirdə

20:11  Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlandı

18:55  Püşk atıldı: “Monako" Marsel “Olimpik”inə rəqib oldu

18:17  Son 7 ilin ən gənc komandası

17:52  “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28  “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56  “Barselona”nın zədəlisi sağaldı

16:36  “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14  “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53  Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32  6 günlük səfər başa çatdı

15:12  Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50  Bakıdan “Real”a dəstək - VİDEO

14:33  “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11  Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51  Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36  Paytaxt klubunda 5 illik müqavilə

13:15  “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52  Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35  “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14  “Kəpəz”də yeni icraçı direktor

11:54  Milli komandada yeni baş məşqçi

11:34  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17  “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57  Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40  “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az