(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nəcəfov yeni məşqçi ilə bağlı danışmadı: “Bizə limit lazım deyil”

Nəcəfov yeni məşqçi ilə bağlı danışmadı: “Bizə limit lazım deyil”

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”la oyundan sonra müsahibə verib. Klub rəhbəri ilk qələbədən, yeni baş məşqçi məsələsindən və digər məqamlardan danışıb.
 
- Komandanız nəhayət ki, 4-cü turda həm qol vurdu, həm də qələbə qazandı.
- Axır ki, qələbə qazandıq. Amma qələbədən daha çox məni sevindirən oyunumuzun inkişaf etməsidir. İkinci sevindirici məqam isə akademiyamızın yetirmələrinin meydanda sayının artması və qolu da elə öz yetirməmizin vurmasıdır. Səhv eləmirəmsə, meydanda akademiyamızın 7 yetirməsi vardı - 6-sı bizdə, biri də “Sabah”ın heyətində. Əlbəttə, qələbə hər zaman xoşdu. İndi bu ab-havanı qoruyub saxlayamalıyıq.
 
- Elmar Baxşıyev qısa zamanda komandada nəyi dəyişdi?
- İnanmıram ciddi nəyisə dəyişsin. Əlbəttə, təzə baş məşqçi olanda hər kəs özünü göstərmək istəyir. Komandadakı hər kəs başa düşürdü ki, bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi.
 
- Bu qələbədən sonra düşünmədiniz ki, Sənan Qurbanovun gedişi gecikmiş addım idi?
- Belə hesab etmirəm. Bizim klubda atılan addımlar, təyinatlar hamısı mövcud vəziyyətə uyğun olur. Onsuz da xaricdən yeni məşqçi gətirməyə büdcəmiz imkan vermir. Bizə hazırkı məqamda komandanı tanıyan məşqçi lazımdı. Üstəlik, Sənan Qurbanov da məşqçi kimi klubumuzda kifayət qədər təcrübə qazanmışdı. Mən Sənana inanıram. Düşünürəm ki, gələcəkdə ya başqa komandada, ya elə nəvaxtsa “Qəbələ”nin özündə uğur qazanacaq. Görünən odur ki, o, lazımi ab-havanı yarada bilmədi.
 
- Komandanın “Sabah”la oyundakı qələbənin ardını gətirməsi, uğurlu çıxışı Elmar Baxşıyevin vəzifəsinin qarşısındakı “müvəqqəti” sözünü silə bilər?
- Sözün açığı, məşqçi məsələsi ilə bağlı çox danışmaq istəmirəm. Çünki bu məsələ klubda təsisçilər tərəfindən müzakirə olunur. Baş məşqçi məsələsi ilə bağlı qərar verməmişik, axtarışlarımız davam edir.
 
- Əvvəlki illərlə müqayisədə büdcə azaldılıb. Hazırkı “Qəbələ”nin hədəfi nədir?
- Hədəf akademiyanın uşaqları ilə yaxşı oynamaqdır. İstəyirik ki, işimizin bəhrəsini görək. Bugünkü büdcə ilə çempionluq, avrokuboklar uğrunda mübarizə aparmağımız real deyil. Ehtiyat oyunçular skamyamız çox zəifdir. Təsəvvür edin, əsas heyətdən 2 nəfər zədələnsə, necə çətin vəziyyətlə üzləşərik.
 
- Qeyd etdiniz ki, işimizin, akademiyamızın bəhrəsini görmək istəyirik. Yəqin ki, Uels və Xorvatiya ilə oyunlarda millimizin heyətində özünü ən yaxşı tərəfdən göstərən Bəhlul Mustafazadənin timsalında işinizin bəhrəsini gördüz...
- Əlbəttə. Bəhlulun millidəki inamlı oyunu sevindiciri haldı. Düşünürəm ki, gələcəkdə bunu başqalarının da timsalında görəcəyik.
 
- “Qəbələ”nin büdcəsinin azaldılması akademiyanın fəaliyyətinə təsir göstərib?
- Yox, sevindirici haldı ki, akademiya tam sürətlə işinə davam edir.
 
- Son zamanlar çempionatdakı legioner limiti məsələsi yenidən gündəmə gəlib. Ölkənin aparıcı klubunun rəhbəri kimi sizin limitlə bağlı fikirləriniz necədir?
- Mən bu məsələni 5 ildi israrla qabardıram. Limit bizə lazım deyil. Limit hansı klublara sərf eləmir? “Qarabağ”a, “Neftçi”yə, bir sözlə, iddialı klublara. Hazırda “Qəbələ”nin heyətində əvvəlki illərdəki kimi legionerlərin sayı çox deyil. Amma bu məqam da mənim fikrimə təsir etmir. Eybi yoxdu, qoy bizə qarşı çempionatda 10 legionerlə oynasınlar, amma limit azaldılmalıdır. Avropada uğur qazanmaq istəyiriksə, mütləq bu addım atılmalıdır.
 
- Yəni limit tam götürülməlidir?
- Tam yox, amma böyük ölçüdə azaldılmalıdı. Bu məsələ geniş müzakirə olunmalıdır. Mən demirəm birmənalı şəkildə aradan götürülsün. Xeyr. Amma azaldılması mütləqdi.
 
- Legioner limitinin azaldılması fikrinə qarşı çıxanlar bunu yerli oyunçuların inkişafına mane olacağını bildirirlər...
- Bəzən deyirlər ki, limitə görə hansısa futbolçular üzə çıxıb. Məncə, həmin futbolçular təbii yolla üzə çıxsalar, daha yaxşı olar. Baxıram “Sabah”a, heyətdəki yerli futbolçuların əksəriyyəti “Qəbələ”də də oynayıblar. Bu o deməkdir ki, futbolçu qıtlığı var. Bu gün bir komandanın vəziyyəti pisləşir, digəri yaxşılaşır. Yerli futbolçular dərhal maliyyə durumu yaxşılaşan komandaya üz tuturlar. Az sonra həmin komandada maliyyə azalan kimi başqa bir kluba keçirlər. Yəni demək olar ki, eyni futbolçulardı və bir-bir klubları dəyişirlər (sport24.az).

 
tarix: 15-09-2019 11:47


 
Xəbər lenti
20.10.2019

11:00   Dadaşov komandasını Portuqaliya kubokunda 1/16 finala daşıdı

10:30   Novruzovun komandası “Zimbru”ya divan tutdu

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az