(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tiqrucadan etiraf: “Qol epizodunda top əlimə dəymişdi”

Tiqrucadan etiraf: “Qol epizodunda top əlimə dəymişdi”

"Zirə"nin futbolçusu Şafiq Tiqruca Premyer Liqanın 4-cü turunun "Sumqayıt"la oyunundan sonra müsahibə verib. 27 yaşlı fransız yarımmüdafiəçi 2:1 hesabı ilə qələbə qazandıqları oyunda əllə iynadığını etiraf edib.
 
- Oyuna tamamilə nəzarət edən tərəf biz idik. Çünki meydanda istədiyimiz oyun üslubunu tətbiq edə bildik."Sumqayıt"ın əks-hücumlara meylli oynayacağını gözləyirdik. İlk qolumuz vaxtında oldu və yerinə düşdü. Rəqib adi bir vəziyyətdə avtoqolla hesabı bərabərləşdirəndən sonra bir az çətinlik yaşadıq. Öz səhvimiz ucbatından rəqibimiz iki dəfə qapıçımızla təkbətək epizodda oldu, vura bilmədilər. Hesab edirəm ki, qələbə qazanmağa layiq idik və bunu bacardıq.
 
- 1-ci turda "Səbail"ə mübahisəli penaltidən məğlub olmuşduz. Bu gün isə mübahisəli əl epizodu ilə qalib gəldiz. Əvəz-əvəz oldu, deyə bilərik?
- Bu, futboldur, hər şey ola bilər. Bəli, həqiqətən "Səbail"lə oyundakı o epizodu yaxşı xatırlayıram. Oyundan sonra da şox əsəbi idim. Bu gün də "Sumqayıt"ın düşdüyü bu vəziyyəti yaxşı başa düşürəm. Onlar da çox ehtimal ki, mənim ilk turda keçirdiyim hissləri yaşayırlar. Top əlimə dəymişdi.
 
- Bu gün qələbə qazansaz da, oyununuzda sanki effekt, baxımlılıq yoxdur, səhvlər çox olur. Növbəti turda son çempion "Qarabağ"la oynayacaqsız, bu oyunla onlara qarşı nə etmək olar?
- Doğrudur, həqiqətən də bugünkü oyunda çox səhvlərə yol verdik. Xoşbəxtlikdən "Sumqayıt" buraxdığımız o səhvlərdən qol vura bilmədi. O ki qaldı "Qarabağ"la görüş, bu, artıq başqa bir oyundur. Təbii ki, məşqçimiz rəqibi ciddi analiz edəndən sonra tapşırıqlarını verəcək, biz də bacardığımızı etməyə çalışacağıq. Ümumiyyətlə, fikrimcə, Premyer Liqada kiminlə oynayacağımızdan asılı olmayaraq, hamısı rəqibdir. Bu, ya "Qarabağ" olsun, ya "Neftçi", ya da "Sabah". Hər oyunda meydana qələbə əzmilə çıxırıq.
 
- "Zirə" avrokuboklara vəsiqə qazana bilər?
- Hazırda komandamızdakı futbolçuların səviyyəsinə nəzər salsaq, Premyer Liqada mövsümü ilk "3-lük"də başa vura bilərik. Bunun üçün durmadan çalışırıq, öz üzərimizdə işləyirik. Məncə, buna gücümüz çatar.

 
tarix: 15-09-2019 11:57


 
Xəbər lenti
20.10.2019

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az