(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Dili kəsilən “Sumqayıt”, dəyişməsi vacib olan “Sabah”

Dili kəsilən “Sumqayıt”, dəyişməsi vacib olan “Sabah”

İlk turda qələbə qazanan “Sumqayıt” elə ovaxtdan xala həsrətdi. Komanda oynayır, nəticəni başqaları müəyyənləşdirir.
 
“Sumqayıt”ın 4 turdan sonra əslində, neçə xalı olmalıydı? Demək çətindi. Premyer Liqanın ən aşağı büdcəsinə malik olan “kimyaçılar”ın oynadığı futbol normaldı. Baş məşqçi Ayxan Abbasov gənclərdən, təcrübəlilərdən, milliləşənlərdən ortabab,  amma döyüşkən kollektiv yaradıb. Komandanın oyununda məzmun, üslub var. Gəl ki, indiyəqədərki nəticələrin heç biri onların əməyinin məhsulu deyil.
 
Qəbələdə kobud hakim səhvləri ilə qələbə qazanan sumqayıtlılar, sonrakı 3 turda eyni üsulla uduzub. “Səbail”lə kimi “Zirə” də bu komanda üzərində hakim səhvləri sayəsində uğur qazandı. Qəsəbə təmsilçisi qələbə qolunu vurarkən futbolçusu topu əli ilə saxlayıb dəqiq zərbə endirdi, matçdan sonra da bunu etiraf etdi.
 
“Sumqayıt” cəbhəsindən etiraz edən oldumu? Mümkün deyil, dillərini kəsiblər. Həm hakim səhvləri ilə komandanı son pilləyə salırlar, həm də danışmağa, etiraz etməyə qoymurlar. Klub prezidenti Riad Rəfiyev elə danışdığına görə xəbərdarlıq alıb, xəbərdarlıqdan sonra da danışan Ayxan Abbasov isə son turda bu səbəbdən cəzalı idi.
 
İlk 3 turda hakim səhvləri ilə üzləşən “Zirə” bu dəfə mükafatlandı. Tam yenilənən heyət hələ mükəmməl futbol oynamasa da, komandanın avrokuboklara vəsiqə üçün döyüşəcəyi aydındı. Həm ciddi rəqiblər azdı, həm də Samir Abasov oyun fəlsəfəsini yaaş-yavaş oturdur.
 
Daha bir hakim səhvi turun digər oyununda yaşandı. Lakin oyunçuların, məşqçilərin səhvi o qədər idi ki, bu matçdakı hakim xətası haqda çox danışılmadı. Həm də “Qəbələ” qalib gəldiyindən, ilk yarının sonunda “Sabah”ın qapısına penaltinin təyin olunmaması yada düşmədi. Halbuki Rəşad Eyyubovun əlinə dəyən topu Xırdalandan da görmək olardı.
 
“Qəbələ” mövsümdə il qolunu vurub, ilk qələbəsini qazandı. Və bunu sabiq baş məşqçi Sənan Qurbanovun müvəqqəti əvəzedici olan Elmar Baxşıyevlə etdi. Heyətdə ciddi heç nə dəyişməmişdi – həmin futbolçular oynayırdı. Sadəcə, Baxşıyev onları meydana daha motivasiyalı çıxarmışdı, üstəlik, ağıllı taktika ilə fərqli oynatdı. Qol vurduqdan sonra da rəqibi təzyiq altında saxlamaqla, eyni zamanda intizamı qorumaqla lazım olan qələbə qazanıldı, hətta hesab daha böyük ola bilərdi.
 
“Sabah”sa eyni qaydada davam edir: “Əlincə Arena”da təkqollu məğlubiyyətlər, səfərdə 1:1 hesablı heç-heçələr. Lakin komandanın bu sindromu doğma stadionun lənətlənməsi ilə bağlı deyil. Komandada yolunda getməyən birşeylər var. Rəhbərlik ideal şərait yaradıb, çox yaxşı büdcə ayırıb. Məşqçinin sərəncamında istədiyi oyunçular var və həmin futbolçuların da bütün istəkləri yerinə yetirilib. Lakin yenə də məşqçi – futbolçu rabitəsinin yerində olmadığı aşkar görünür. Elşad Əhmədov matçdan sonra bəzi futbolçuların istəksiz oynadığını və heyətin 40 faizinin dəyişməli olduğunu deyirsə…
 
…Deməli, həqiqətən nələrsə dəyişməlidi. Amma nə? Bax, bunun qərarını rəhbərlik verməlidi. Zaman gedir, rəqiblər fərqi açır, “Sabah”sa qələbəsi olmayan yeganə komandadı.
 
AĞA

 
tarix: 15-09-2019 12:33


 
Xəbər lenti
20.10.2019

10:30   Novruzovun komandası “Zimbru”ya divan tutdu

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az