(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

“Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Keşlə"yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- Bilirdik ki, "Keşlə" son zamanlar yaxşı formadadı. Maraqlı oyuna görə rəqibi təbrik edirəm. Necə təsəvvür edirdiksə, həmin komandanı da gördük. Tərlan Əhmədova alqış düşür ki, qısa müddətdə belə komanda hazırlayıb. İki fərqli hissə izlədik. Komanda tapşırıqları yerinə yetirməyə çalışdı. İlk hissədə istədiklərimiz alınırdı. Fasilədən sonra "Keşlə"nin təzyiqi artıracağını gözləmək olardı. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra müdafiəyə diqqət etməli olduq. Futbolçuları layiqli qələbəyə görə təbrik edirəm.

- İkinci hissədə oynadığınız taktika nə idi?
- Qeyd etdiyim kimi, müdafiədən oynamalı idik. İkinci hissəəd bu plandakı oyunumuz azı qaldım. Ancaq hücumlarımız o qədər də kəsərli alınmadı. Futbolçulardan 90 dəqiqə hücum etməyi istəyə bilmərik. Planımız nə idisə ona uyğun oynadıq. Sırf nəticəni düşünürdük. Dəyişikliklər buna hesablanmışdı.

- “Səbail”in büdcəsi azaldılıb və Maykl Essyen kimi ödənişli futbolçu ehtiyatda qalır. Onu oynatmayacaqsızsa, niyə saxlayırsız?
- Essyen ayrı bir söhbətdi. Ümumi futbolumuz naminə fərqli bir layihə kimi baxmaq lazımdı. Onun aramızda olması bizim üçün üstünlükdü.

- Hansı üstünlükdü?
- Bu gün Ədilxan kimi gənc oyunçu ondan nümunə götürür. Essyen bütün futbolçular üçün nümunədi. Bu, o demək deyil ki, həmişə oynamalıdı. Çalışırıq ki, nəticəni düşünək və sistemə uyğun futbolçuları meydana buraxaq. Oyun ola bilər ki, start heyətində meydana çıxsın. Bu, Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Ancaq o da digər futbolçularımız kimi çalışır. İndi ona imkan yarada bilmirik. Onsuz da futbolçu sayı azdı, ona da şans verəcəyik.

- Mirabdulla Abbasovun əvəzlənməsi nə ilə bağlı idi?
- Birinci hissədə zədə almışdı. Ağrıya-ağrıya oynadı. Fasilədə danışdıq ki, davam edə bilməsə, meydandan çıxaracağıq.

- Eltun Yaqublunun məşhur videosu ilə bağlı nə deyə bilərsiniz?
- İstəmirəm ki, belə şeylər çox şişirdilsin. Ora özbaşına girib çıxmamışıq. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. Çünki qapı ora yaxındı. Bu haqda çox danışmağa gərək yoxdu. Stadion rəhbərliyi ilə anlaşmışıq. Düşünürəm ki, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Eltuna irad bildirildi, ancaq heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun kapitanımızdı. İstəməzdim ki, bununla bağlı iradlar olsun. (sport24.az)


 
tarix: 15-09-2019 20:47


 
Xəbər lenti
20.10.2019

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az