(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “Qarabağ” bizdən güclüdü”

Roberto Bordin: “Qarabağ” bizdən güclüdü”

“İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istədiyimiz ritmdə çıxış etmədilər”.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
 
Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”ın qonağı olan “ağ-qaralar” meydanı məğlub tərk edib – 0:2.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Müdafiədə yaxşı oynadığımız zaman qol buraxdıq. Hesa 0:1 olarkən imkanlarımız oldu, istifadə edə bilmədik. 0:2-dən sonra artıq tamamilə irəli atıldıq, rəqib əks-hücumlara imkan qazandı. Hətta bundan sonra da qol şanslarımız oldu. “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə ərzində yüksək tempdə oynamaq lazımdı. Komandamız hər dəfə qol buraxandan sonra yaxşı oynamağa başlayır. Bunun da səbəbini bilmirəm”.
 
- Komandanızın hər künc zərbəsi zamanı Beqoviç topu rahatlıqla götürürdü. Alternativ variantınız yox idi?
- Biz də hava toplarını rəqib qapıçısına vermək istəməzdik. Başla zərbələrimiz də oldu.
 
- Siz də daxil olmaqla, “Qarabağ”ın ilk 4 turda məğlub etdiyi bütün komandalar bu komandanın gücünü qabardır. Sizinlə 2-3 ilin komandaları arasında fərq yoxdu?
- Bunu demək normaldı. Çünki “Qarabağ”ın gücünü bilirik. Həm büdcə, həm də statistika baxımından güclüdülər.
 
- Düşünmürsünüz ki, “Neftçi”dəki uğursuzluq karyeranıza zərbədi və radikal addımlar atmalısınız?
- Mənim məşqçilik və ya futbolçuluq karyeramı bilirsiniz? Mən peşəkaram, komandam qələbə də qazanar, məğlub da olar.
 
- Məğlubiyyətin konkret səbəbini demədiniz, “Qarabağ”ın gücündən danışdınız. Belə çıxır ki, “Neftçi”nin çempionatda hədəfi dəyişib?
- Keçənilki hədəf kimi, yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə çempionluq əldən getdi. Halbuki yaxşı mübarizə apardıq. Bu mövsüm bəzi xal itkiləri o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəlki vaxta qayıtsaq, “Arsenal”a qarşı ən yaxşı oyunumuzu göstərdik. Həmin komandanı, həmin gücü qaytarmağa çalışıram. Komandamda bu gün istək çatmadı.
 
- Düşünmürsünüz ki, 2 hücumçulu taktikaya tez keçdiniz?
- Deməzdim sırf 2 hücumçu ilə oynadıq. Dabo ilə Rauf tez-tez Miçeli bağlamağa çalışırdı. Hücum baxımından isə buna məcbur idim. (matc.az)


 
tarix: 15-09-2019 22:57


 
Xəbər lenti
20.10.2019

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az