(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Hesabıma köçürmə olmadı” - Gerye “Qarabağ”da niyə qalmayıb?

“Hesabıma köçürmə olmadı” - Gerye “Qarabağ”da niyə qalmayıb?

"Neftçi"nin yeni futbolçusu Donald Gerye Premyer Liqanın 4-cü turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Bakı klubunda debüt edən haitili keçmiş komandasına qarşı oynamağın çətinliyindən danışıb.
 
- Bu gün heç-heçə edə bilərdik. Qol epizodlarımız çox oldu. "Qarabağ"  yaxşı komandadır. Məğlub olduq. Yəqin ki, hesab da oyuna görə idi. Növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacağıq.
 
- Hiss olunurdu ki, qol vurmaq istəyirsiniz. Hətta 2 zərbəniz dirəkdən qayıtdı. Bu qarşılaşmaya özünüzü "Qarabağa" sübut etmək üçün çıxmışdınız?
- "Qarabağ" da  məni tanıyırlar. Özümü kiməsə sübut etmək fikrim yoxdu. Sadəcə, öz oyunumu oynayıb, komandama faydalı olmağa çalışırdım.
 
- Belə bir məsələ vardı ki, daha çox pul tələb etdiyinizə və klub bununla razılaşmadığına görə “Qarabağ”I tərk etmisiniz. Haiti mətbuatında hələ də "Qarabağ"a qarşı kin saxladığınız barədə yazılar var idi. Bunlar doğrudurmu?
- Hər şey mənim elektron poçtumda var. Danışmışdıq ki, yeni müqavilə imzalayıram. Onlar iyulun 5-dək maaşın yarısını ödəməli idilər. Həmin vaxt hesabıma köçürmə olmadığını gördüm. Dedilər ki, gəl, bir matçda oyna, maaşının yarısını ödəyəcəyik. Bu, mənə sərf etmirdi. Əgər istəyirlərsə, hər şeyi sübut edə bilərəm.
 
- Maraqlıdı, nəyə görə məhz "Neftçi"yə keçdiniz? Başqa təkliflər var idi?
- Fransa və Türkiyədə oynamaq variantım oldu. Amma mən "Neftçi"ni seçdim. Onların işə yanaşması daha çox xoşuma gəldi.
 
- Soni Nordi "Zirə"yə transfer olunduqdan sonra "Ora sənin yerin deyil" deyə açıqlama vermişdiniz. "Zirə"ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?
- Nordi çox yaxın dostumdu. Biz Haiti millisinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik. Hər gün danışırıq. O, bura gəlmədən öncə mənə yazırdı, soruşurdu. Mən də ona buradakı ən yaxşı klubların "Qarabağ"la "Neftçi" olduğunu bildirdim. Özü Azərbaycanda "Neftçi", "Zirə" və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə "Belə imkanın varsa, "Neftçi"ni seç" cavabını vermişdim. Mən o sözlə demişdim ki, "Neftçi" variantın varsa, "Zirə" sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Mən Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram. Norde yüksək səviyyəli oyunçudu. Bunu nəzərə alaraq, onun paylaşımına elə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.
 
- Düşünmürsünüzmü ki, "Qarabağ"la müqayisədə "Neftçi"də çempion olmaq çətin görünür?
- Futbolda mümkünsüz bir şey yoxdu. Düzdü, hazırda xal fərqimiz çoxdu. Amma çempionatın çox hissəsi irəlidədi. Döyüşsək və daha çox çalışıb-işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.

 
tarix: 16-09-2019 09:00


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az