(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

Premyer Liqanın 4 turu geridə qalıb. Top buraxmadan yüzfaizli nəticə göstərən “Qarabağ”ın, hələ də qələbə qazanmayan”Sabah”ın olduğu çempionatda bir də Əliyar Ağayev var. FIFA referisi 2 oyunda baş hakim olub və yalnız onun idarəçiliyində ciddi qüsur görməmişik. Dünən də səhvləri var idi, amma onarın heç biri nəticəyə təsir etmədi. Digər 14 matçın hamısında isə hansısa formada hakim ədalətsizliyi olub.
 
Dünən baş tutan “Keşlə” – “Səbail” matçının nəticəsini hakimin müəyyən etdiyini deyə bilərik. Çünki ilk qol zamanı oyundankənar vəziyyət var idi. Və bu, elə bir an idi ki, meydan sahibləri hücum edir, epizodlar yaradır, “dənizçilər” rəqibin cərimə meydançasına daxil ola bilmirdi. Amma…
 
…“Keşlə” hesabda geri düşməsinə görə özünü də qınamalıdı. Vüsal İsgəndərlinin ötürməyə reaksiya verməməsi, ötürülən topa doğru hərəkət etməməsi sonda komandasına baha başa gəldi. “Səbail”in top ələ keçirməsi Mirabdulla Abbasovun əks-hücuma çıxmasına səbəb oldu. Hücumçu sürətli reyddən sonra müdafiəçini rahatca keçib toru silkələdi. Bəli, epizodun başlanğıcında oyundankənar vəziyyət var idi, qol sayılmamalıydı, bununla belə, bəzən hakim səhvlərini də hesablamalısan.
 
Elə ikinci qol da fərdi səhvdən sonra vuruldu. “Keşlə”nin müdafiəçisi Azər Salahlı öncə düzgün mövqe seçmədi, ardınca mübarizədə uduzduğu Fəhmin Muradbəylini kobudluqla dayandırıb penaltiyə səbəbkar oldu. Faktiki sakit oyun gedərkən adi, təhlükəli olmayan cinah ötürməsinə verilən səhv reaksiya sonluğu müəyyənləşdirdi. Hissə ərzində iki həlledici səhv həddindən artıq çoxdu.
 
Keçirdiyi 4 oyunun 3-də qələbə qazanan “Səbail” bütün hallarda hakim köməyi görüb. İlk turda “Zirə” haqsız penalti zərbəsi ilə məğlub edildi, ardınca “Sumqayıt”ın başına oyun açıldı, 1 dəqiqə içində 2 kobud səhvlə darmadağın olmalarının təməli qoyuldu. “Qarabağ”ın çox rahat yendiyi “dənizçilər” dünən də “Keşlə”nin qapısına ofsayddan yol tapmaqla “arxalı klub” olduğunu göstərdi.
 
Bu şərtlərlə “Keşlə”nin edəcəyi bir şey yox idi. Komandanın fasilədən sonra yalnız təsəlli qolu vurmağa gücü çatdı. Lakin hakimlik tək bəhanə olmamalıdı, Tərlan Əhmədov komandanı ayıltmalıdı. Ardıcıl iki qələbənin başgicəllənməsi, eyforiyası ev məğlubiyyəti ilə nəticələndi. Səfər matçlarında büdrəməyən “Keşlə”nin öz meydanında xalsız qalması xoş deyil.
 
Əslində, “Keşlə”nin evdə oynaması da formallıqdı. Bir rəqibini Mərdəkanda, digərini “Bakcell Arena”da qəbul edən komanda qaçqın həyatı yaşayır, öz meydanında təmirin bitməsinə bir ay qalır. 8-ci kilometrdəki stadionla tanışlıq isə hələ uzun sürəcək. “Keşlə” ardıcıl 3 oyunu burada keçirəcək. Dünənki matçla yanaşı, 6-cı turdakı rəqib də bura qonaq gələcək. Bu həftəsonu isə “Keşlə” eyni meydanda “Neftçi”nin qonağı olacaq.
 
Mirabdulla Abbasovun dubl etdiyi turda onun sabiq klubu “Neftçi” elə iki qola üzüldü. “Qarabağ” “Sevilya” ilə Avropa Liqası matçı öncəsi yaxşı məşq etdi, əsas rəqiblərindən birini gəzə-gəzə uddu. Və buna təkcə ağdamlıların bir baş üstün olması yox, həm də rəqibin oyununu itirməsi səbəb oldu.
 
Əslində, indidən çempionluq yarışının bitdiyini demək olar. “Qarabağ” rəqiblərindən aşkar üstündü və çempionluq yarışı bu mövsüm daha rahat keçəcək. Digər klublar 2-ci yer uğrunda mübarizəyə başlasa, pis olmaz. Onsuz da top buraxmayan ağdamlılar Asmir Beqoviçin gəlişi ilə gücünə güc qatdı. 90 dəqiqə bosniyalını tanımaq üçün kifayət etdi – Azərbaycanda bu səviyyədə qapıçı heç vaxt olmayıb. Təkcə qapıda soyuqqanlı, etibarlı dayanması kifayət deyil, o, həm də oyun başlamaqda, qurmaqda ustadı, zərgər ötürmələri var. Qitə arenasında Asmirin komandaya faydası çox olacaq.
 
Roberto Bordinin nə fikirləşdiyini bilmirik, lakin onun “Neftçi”nin taleyi ilə oynadığı bəllidi. Sanki italiyalı müqaviləsinin davam etməsinə arxayındı və bilərəkdən nəticələrin pis olmasını, klub rəhbərliyinin əsəblərini tarıma çəkməyi, qovulub, kompensasiya almağı düşünür. Əks halda, meydana bu qədər bərbad heyət buraxmaq mümkünsüzdü. Adlar bir yana, meydanda olanlar da candərdi oynayır, vaxt öldürürdü. Donald Gerye hazırlıq dövrünü keçmədən start heyətinə qoyulursa, deyiləcək başqa söz yoxdu. Bəlkə də Bordin bununla haitilinin keçmiş komandasını əsəbləşdirmək istəyirdi, əvəzində onlara motivasiya verdi.
 
“Neftçi” uzun müddətdi bu qədər bərbad futbol oynamamışdı. “Qarabağ”ın yarızəif heyəti də bakılılara göz açmağa imkan vermirdi. Bakılılar bir qədər mütəşəkkil oynasaydı, təkcə Bədavi Hüseynovu 3-4 qol səhvinə məcbur etmək olardı. Ağdamlıların müdafiəçisinin zədədən sonra hazır olmadığı ilk baxışdan görünürdü, lakin bundan kimsə yararlanmadı. Dario Federiko, Vangelis Platellas, Rauf Əliyev kimi önəmli hücum oyunçularını ehtiyatda saxlayırsansa, başqa variant da mümkün deyil.
 
“Neftçi” tezliklə ayılmalıdı. Növbəti turda “Keşlə” ilə matç həm də nüfuz savaşı olacaq. Əhmədovun Bordinə sübut edəcək çox şeyi var…
 
FƏRİD

 
tarix: 16-09-2019 10:29


 
Xəbər lenti
19.10.2019

23:36   “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12   “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00   “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40   APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06   “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50   “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45   Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38   “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09   “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15   “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00   Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55   “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12   “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59   Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39   Dadaşovun komandası yenə xal itirdi

17:38   Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58   “Zirə”də yeni məşqçi

15:58   “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29   “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56   UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24   Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59   Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31   Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00   UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22   Bundesliqada sentyabrın ən yaxşısı

11:56   Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az