(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

“Zirə”nin müdafiəçisi Adrian Skarlatake futbolinfo.az saytının suallarını cavablandırıb. Premyer Liqanın 4-cü turu çərçivəsində “Sumqayıt”a 2:1 hesabıyla qalib gəldikləri oyunu şərh edən rumıniyalı futbolçu, mövsümün qalan hissəsindəki şanslarını dəyərləndirib:

- “Sumqayıt”la matçda qələbəyə layiq oynadığınızı düşünürsən?
- Bəli, düşünürəm ki, qələbəni haqq etdik. Bütün oyunboyu nəzarət bizdə idi. Meydanda rəqibdən daha yaxşı idi. Bizim çox keyfiyyətli futbolçularımız var. “Sumqayıt” da yaxşı oynadı. Onların 2 real qol şansı oldu. Lakin biz layiq olduğumuz qalibiyyəti əldə etdik.

- Amma ikinci qol mübahisə doğurdu. Çünki Şafik Tiqurdca əllə oynamışdı…
- Mən videoda da həmin epizoda baxdım. Doğrudur top Şafikin əlinə dəyir. Amma o, topu görmürdü. Bilərəkdən etmədi və düşünürəm ki, qol doğru qərardır. Həmçinin hakim üçün də çətin epizod idi. Orda futbolçunun əllə oynadığını görmək çox çətin idi.

- 4 oyuna 7 xal istədiyiniz nəticədir?
- Pis deyil. Amma düşünürəm ki, ilk matçda – “Səbail”ə qarşı oyunda minimum 1 xalı haqq edirdik. Çünki orada penalti yox idi. Həmçinin “Sabah”la qarşılaşmada qələbə qazanmalı idik. Həmin qarşılaşmada çox yaxşı oynadıq və xeyli sayda qol epizodu əldə etdik. “Sabah” isə bir qol vurub xal qazandı. Bu, bəxtsizlikdir.

- “Zirə” ikincilik üçün mübarizə apara biləcəkmi? Komandanın buna gücü çatacaq?
- Düşünürəm ki, bizim ikinci pilləyə oynamaq üçün gücümüz var. Amma asan olmayacaq. Bundan sonra bir neçə matçda yaxşı nəticəyə ehtiyacımız var. Qışdan sonra yeni oyunçular da gələ bilər və biz mövsümü ilk “3-lük”də başa vura bilərik. Növbəti mövsüm Avropa Liqasında oynamaq istəyirik. Bu, bizim hədəfimizdir.

- İkincilik uğrunda kimlərlə rəqabət aparacağınızı düşünürsən?
- “Səbail”in sona qədər döyüşəcəyini düşünürəm. Yalnız 4 oyun geridə qalıb. Fikrimcə, “Neftçi” də bu çətin günləri geridə qoyub geridönüş edəcək. Çünki onların əla heyəti var. “Sabah”ın 2-ci pillə üçün mübarizə aparacağını proqnozlaşdırıram. Hələ çempionatın əvvəlidir. Xeyli vaxt var.

- “Sumqayıt”a qarşı zədə səbəbindən oynamamısınız. Zədəniz ciddidir?
- Yox, elə də ciddi deyil. Bir gün əvvəlki məşqdə zədələnmişdim. Elə də böyük zədə deyil. 3-4 gün lazımdır ki, tam bərpa olunsun.

CAVAD


 
tarix: 16-09-2019 12:40


 
Xəbər lenti
19.10.2019

23:36   “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12   “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00   “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40   APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06   “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50   “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45   Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38   “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09   “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15   “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00   Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55   “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12   “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59   Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39   Dadaşovun komandası yenə xal itirdi

17:38   Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58   “Zirə”də yeni məşqçi

15:58   “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29   “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56   UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24   Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59   Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31   Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00   UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22   Bundesliqada sentyabrın ən yaxşısı

11:56   Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az