(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

“Sevilya”nın lideri Xesus Navas “Futbolinfo”ya eksklüziv müsahibə verib. Bu həftə Bakıya gələcək əndəlüslülərin lideri Avropa Liqaasında rəqibləri olan “Qarabağ” haqda danışıb.
 
- Qrup mərhələsində “Qarabağ”, “Düdelanj” və APOEL -ə qarşı oynayacaqsınız. Sizin üçün asan qrup deyil?
- Futbolda heç nə asan deyil. Məntiqlə bizim İspaniya liqası çox güclüdü. Lakin sən qələbə qazanmaq istəyirsənsə, bütün gücünü meydanda qoymalısan. Buna görə asan qrup adlandırmazdım.
 
- Amma hamı sizi qrupun şəksiz favoriti sayırlar...
- Qrupda komandaların çempionatlarına baxsaq, bununla razılaşıram. Amma müasir futbolda ad-san rol oynamır. Hər kəs futbol oynayır, mübarizə aparır. Çalışmalısan, daha yaxşı olmalısan.
 
- “Sevilya”nı Avropa Liqasının qəhrəmanı adlandırırlar. Bu baxımdan sizinlə eyni qrupa düşən komandaların bəxti gətirməyib…
- Bu il də hədəfimiz çempion olmaqdır. Amma bu barədə danışmaq üçün hələ tezdi. Turnirdə çox güclü komandalar mübarizə aparır. Ona görə də gözləməliyik.
 
- “Qarabağ” haqqında məlumatlısız?
- Çox məlumatım yoxdu. Lakin “Qarabağ”ı “Atletiko”ya qarşı oyunlardan xatırlayıram. Madrid klubu iki oyunda onlara qalib gələ bilməmişdi.
 
- Həmin matçlara baxmışdınız?
- Yox, tam olaraq matçları izləməmişdim.
 
- Azərbaycan klubunun sizdən xal alması mümkündü?
- Nəticə barədə danışmaq üçün tezdi. Lakin əlbəttə ki, mümkündü.
 
- Sizcə, qrupda ikinci pillə üçün hansı komandalar arasında mübarizə gedəcək?
- Rəqibləri tanımadığımdan nəsə desəm, düzgün olmaz. Qrup mərhələsinin sonunda hər şey bəlli olacaq.
 
- Azərbaycan futbolu haqqında ümumi bir məlumatınız varmı?
- Xüsusi hər hansı məlumat yoxdu. Amma bilirəm ki, futbol orada böyüyür və komandalar Avropa Liqası, Çempionlar Liqasında mübarizə aparırlar.
 
- Belə məlumat var ki, “Sevilya” əsas futbolçularını Bakıya gətirməyəcək. Səbəb isə La Liqada “Real” və “Barselona”ya qarşı oyunların olmasıdı. Sizin üçün La Liqa daha önəmlidir, yoxsa əsas futbolçularınız olmadan da “Qarabağ”a qalib gələcəyinizi düşünürsən?
- Bu məlumat doğru deyil. Əminəm ki, biz Bakıya bütün futbolçularımızla yollanacağıq. Çünki Avropa Liqası bizim üçün xüsusi yarışdı. Bütün rəqiblərə də hörmət edirik, onların gücünü kiçiltmirik.
 
FƏRİD

 
tarix: 17-09-2019 09:44


 
Xəbər lenti
20.10.2019

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az