(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

Asmir Beqoviçin transferi ilə “Qarabağ”ın qapıçı problemi həll olundu. Düzdü, bosniyalı yalnız ilin sonuna kimi Ağdam klubunda çıxış edəcək. Lakin bu müddət də Avropa Liqasının qrup oyunlarında təmsilçimizin qapısının daha etibarlı olmasına kifayətdi.
 
İndiyədək “Qarabağ”ın əsas qolkiperi olmuş Vaqner da Silvanın bu transferə münasibəti də maraqlıdı. Çünki ötən həftəyədək ağdamlıların bir nömrəsi məhz braziliyalı sayılırdı.
 
- “Neftçi” üzərində qələbə qazandınız. Bu, çempionluğun taleyinə təsir edə bilərmi?
- Çempionat təzə başlayıb. Cəmi 4 tur oynamışıq. Düzdü, çox yaxşı start vermişik. Lakin uzun marafon maya qədər davam edəcək. Çoxlu sayda oyun keçirəcəyik və bunun içində yaxşı və pis oyunlarımız olacaq. Hansısa oyunlarda büdrəcəyik – bu, qaçılmazdı. Çalışacağıq ki, başladığımız kimi davam edək və boşluqlara yol verməyək.
 
- Kənardan “Qarabağ”ın çox rahat bir qarşılaşma keçirdiyi görünürdü. Razılaşırsan?
- Kənardan elə görünür. Hamı düşünürdü ki, “Qarabağ” rahat oynayır, asan matç keçirir. Həqiqətdə isə belə deyildi. Oyunu rahat edən bizim daha yaxşı çıxış etməyimiz idi. Motivasiyamız güclü idi və tapşırıqları düzgün yerinə yetirirdik. Bu səbəbdən elə görünə bilər. Amma rahat qarşılaşma deyildi. Sadəcə, oyunumuzla qələbəyə layiq idik.
 
- Artıq diqqətinizi Avropa Liqasında “Sevilya” ilə matça yönəldəcəksiniz. Qarşılaşmadan nə gözləyirsən?
- Hamı kimi biz də səbrsizliklə qarşılaşmanı gözləyirik. Bu cür oyunlar həmişə xüsusi və özəldir. Şübhəm yoxdu ki, azarkeşlər stadionu tam doldurub, bizi dəstəkləyəcək. Gözləntilərim sadəcə, gözəl oyun və gözəl atmosferdi. Azarkeşlərin zövq alacağını düşünürəm.
 
- İlk oyunda evdə qrupun favoritinə qarşı oynamaq komanda üçün xeyirli olacaqmı?
- Bunun yaxşı və ya pis hal olduğunu deyə bilmərəm. Çünki püşk belə alındı və ilk matçımızı evdə “Sevilya”ya qarşı keçirəcəyik. Bizim üçün bunun fərqi yoxdu. Hər zaman istənilən qarşılaşmaya hazır olmalıyıq. Üzərimizə düşən iş isə yaxşı oynamaqdı.
 
- “Sevilya”dan xal almaq mümkündü?
- Ümumiyyətlə, futbolu kənara qoysaq, insan həyatda da hər zaman daha yaxşısını əldə etmək üçün çalışır. Biz də hər zaman meydana qalibiyyət üçün çıxırıq. Həyat da qalib olmaq istəyənləri sevir. Kimliyindən asılı olmayaraq, heç kim meydana məğlub olmaq üçün çıxmır. Bu qarşılaşma da istisna deyil. “Sevilya” ilə oyuna da qalib olmaq üçün çıxacağıq. Nail olub-olmayacağımızı isə artıq matçın gedişi göstərəcək.
 
- Rəqibin bir çox əsas futbolçusunun Bakıya gəlməyəcəyi deyilir. Bu, əlavə motivasiya ola bilərmi?
- “Sevilya”nın əsas komandasında olan bütün futbolçular səviyyəli futbolçulardı. Kimlin meydana çıxmasından asılı olmayaraq çətin qarşılaşma keçəcək. Orada dostlarım var və danışanda da bilirəm ki, bizi ağır oyun gözləyəcək. Əsas futbolçularının gəlməməsi önəmli faktor deyil. “Sevilya”da bir futbolçu əsas heyətə çıxırsa, deməli, çox güclüdü.
 
- “Qarabağ” artıq həm adlı-sanlı, həm də çox güclü bir qapıçı transfer edib. Asmir Beqoviçlə mübarizəyə hazırsanmı?
- Mən hər zaman açıq demişəm ki, sağlam rəqabətin tərəfdarıyam. Heç zaman rəqabətdən çəkinmirəm. İndi də bu fikirdəyəm. Təbii ki, hər kəs meydana çıxmaq istəyər. Yekunda kimin meydana çıxacağına qərarı məşqçi verir. İstər Asmir, istər mən, istərsə də Şahruddin Məhəmmədliyev məşqlərdə çalışırıq. Məşqçi nə zaman ehtiyac duyarsa, hazır olacağıq. “Qarabağ”ın qapısı əmin əllərdədi və düşünürəm ki, bu gün “Qarabağ”da bu mövqedə problem yoxdu.
 
- Beqoviç “Neftçi” ilə matçda çox inamlı çıxış etdi. Düşünmürsən ki, əsas qapıçıya çevriləcək?
- Düşünürəm ki, bizim komandada olan hər 3 qapıçı səviyyəlidi. Hamısı fərqli oyun üslubuna, manevrlərə malik qapıçılardı. Bunu da klub üçün də üstünlük sayıram. Heyətdə 3 fərqli üslubda oynayan qapıçı var. Bu, yaxşı haldı. Asmirə gəlincə, o, çox yaxşı qapıçıdı və yaxşı insandı. Qısa zamanda komandaya, futbolçulara uyğunlaşdı. Əlimizdən gələn qədər ona kömək edəcəyik. Onun da təcrübəsi bizə yardım edəcək. Daha böyük uğurlar qazanmağa çalışacağıq.
 
CAVAD

 
tarix: 17-09-2019 15:35


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az