(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

“Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

“Lopeteqi ilə tez-tez söhbət edirəm. O, ixtiyarındakı komandadan razıdı. Baş məşqçidə uğur qazanmaq arzusunu görürəm”.

Futbolinfo.az xəbər verir ki, bunu "Sevilya"nın prezidenti Xose Kastro deyib. Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün komanda ilə birlikdə Bakıya gəlib. AS nəşrinə danışan Kastro mövsümə uğurlu start götürdüklərini və bunun davamını gətirmək niyyətində olduqlarını bildirib: 

"La Liqaya möhtəşəm başlanğıc etdik. Növbəti vacib görüş üçün isə cəmi 4 gün vaxtımız var. Sensasiyalar çox yaxşıdı. Ümid edirəm ki, həm çempionatda, həm də Avropa Liqasında bu xətt üzrə davam edərik. Ağır yarışlardı. Görək, may ayına qədər nələr edə biləcəyik. Keyfiyyətli və ciddi komanda hazırlamağa çalışırıq. Açığı, bu mövsüm əvvəlkilərdən daha çox həyəcanlıyam. Mövsümün əvvəli ilə bağlı hisslər müsbətdi. Optimistik və bunu azarkeşlərimizə də aşılamağa çalışırıq. Rəqiblərə hörmətlə yanaşırıq. Çünki hörmət olmadan qələbə qazanmaq mümkün deyil".

Xose Kastro "Qarabağ"a hörmətlə yanaşdıqlarını da əlavə edib: "Avropa Liqasında yeni mövsümə start veririk. Bu turnirin "pentakampeon"u olaraq mümkün qədər çox irəliləmək istəyirik. Avropa Liqasını vacib turnir sayıram. Çünki burda "Mançester Yunayted", "Portu", "Arsenal", "Roma" var. "Real"la həftəsonu keçirəcəyimiz çempionat oyunu fikrimizdə yoxdu. "Qarabağ", "Qarabağ" və "Qarabağ"dan başqa heç nəyi düşünmürük. "Real"la görüş bir neçə gün sonra olsa da, bu hələ uzaqdı. Nəzərə alaq ki, "Qarabağ" ölkə çempionatının lideridi və iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdıran komandadı. Buna görə də rəqibə dəyər verməliyik. Amma digər tərəfdən uzun marafonlar və üç gündən bir oyunlar bizi gözləyir. Yəqin ki, baş məşqçimiz də bunu nəzərə alaraq, tez-tez heyətdə rotasiyalar edəcək". (matc.az)

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq.


 
tarix: 18-09-2019 14:34


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az