(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

“Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidi”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda “Sevilya”nı qəbul edəcək.

Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq”.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı 1 xal almaq mümkündümü?
- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadı. Amma evdə oynayacağıq. Düşünülmüş oyun göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqibə layiqli mübarizə aparmağa çalışacağıq.

- Mahir Emrelinin son durumu necədi?
- Mahirin durumu yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?
- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdu. Rəqibi yaxşı tanıyırıq.

- Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? Rəqibin heyətində hansı oyunçunu fərqləndirə bilərsiniz?
- Xüsusi tanışlığım yoxdu. “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidi. Mənim də İspaniya futboluna marağım böyükdü. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadı. Heyətlərini saysam, gərək hamısını sayam. Hamısının adını çəkmək olar. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. Rəqib sizə artıq çətin rəqib gözü ilə baxır. Bu sizin işinizi çətinləşdirməyəcək?
- Açıqlamalarından məlumdu ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.


 
tarix: 18-09-2019 16:21


 
Xəbər lenti
20.10.2019

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az