(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

“Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

“Zirə”nin müdafiəçisi Miloş Bakraç futbolinfo.az saytının suallarını cavablandırıb. Monteneqrolu futbolçu komandasının çıxışını dəyərləndirib, digər sualları cavablandırıb:

- “Sumqayıt” üzərində qələbə qazandınız. Qələbəni haqlı sayırsan?
- Məncə, vacib qələbə qazandıq. Bu 3 xal bizə lazım idi. “Sumqayıt” da qalib gələ bilərdi. Onların oyun ərzində bir neçə şansı oldu. Lakin istifadə edə bilmədilər. Sevinirəm ki, biz qalibiyyət əldə etdik və 3 xalı qazandıq.

- Lakin qələbə qolunuz çox müzakirə olundu…
- Bu, hakimin səhvi idi. Futbolçular kimi, hakimlər də səhv edə bilər. Həmin epizodu hakim görmədi. Lakin istənilən halda komandamız 3 xala layiq idi. Belə səhvlər hər zaman baş verə bilər. Futbolda bu halları çox görmüşük.

- Hər kəs “Zirə”nin ikinci yerə iddialı olduğunu düşünür…
- Düşünürəm ki, haqlıdırlar. Biz ikinci yer üçün mübarizə aparacaq gücdəyik. Çünki komandamızın bunun üçün potensialı və heyəti də var. Sona qədər döyüşəcəyik. Hər oyuna 3 xal üçün çıxacağıq ki, mövsümün sonunda medalçılar sırasında qərarlaşaq.

- 4 tura 7 xal yaxşı nəticədir?
- Fikrimcə, ilk 3 turun 2 oyunundakı xalları itirməməli idik. Xüsusən başlanğıcda “Səbail”ə qarşı yaxşı oynamışdıq. Həmin matçda məğlubiyyətə layiq deyildik. Digər nəticələri isə normal sayıram. Uduzmamışıq və iki qələbəmiz var.

- Hansı komandalar səni təəccübləndirdi?
- Fikrimcə, “Səbail”in nəticələri hamını təəccübləndirdi. Böyük sürpriz ediblər.

- Səncə, çempionluq yolunda hansı komandalar mübarizə apara biləcək gücdədir?
- “Qarabağ”ın birincilik üçün oynadığı hər kəsə bəllidir. Ola bilsin ki, “Neftçi” bu yolda onlara rəqabət göstərsin.

- Növbəti oyununuz “Qarabağ”a qarşı olacaq…
- Bütün komandalar “Qarabağ”a qarşı maksimum gücünü ortaya qoyur. Biz də o cümlədən bütün gücümüzlə oynayacaq. Komandalar ona görə bütün gücünü “Qarabağ”a qarşı qoyur ki, onlarla oynaya biləcəklərini göstərmək istəyirlər. Ümumiyyətlə, Qurban Qurbanovun komandası çempionatdakı bütün oyunların favoritidir. Biz isə daha keyfiyyətli oyun göstərərək onlara qarşı yaxşı çıxış etməyə çalışacağıq.

CAVAD


 
tarix: 19-09-2019 12:15


 
Xəbər lenti
09.12.2019

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az