(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

“Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

“Qarabağ”ın futbolçusu Xayme Romero Avropa Liqasında “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan ispan oyunçu, “Sevilya”nı məğlub etmək istədiklərini deyib:

“Qarabağ”ın baş məşqçisi bir neçə il əvvəl gəlməyimi istəmişdi, amma həmin vaxt mümkün olmamışdı. Ancaq bu il yenidən çağırdılar və yaxşı müqavilə təklif etdilər. Üç illik sözləşmə imzaladım və avrokuboklarda oynamaq üçün güclü stimul oldu. Özümü fiziki cəhətdən də çox yaxşı hiss edirəm. Hamı ilə münasibətim yaxşıdır. Burda hər cür şərait var. Bu qaydada davam etmək üçün də üzərimdə çox çalışıram.

Bu qrupdan çıxmaq potensialımız var və düşünürəm ki, çıxa bilərik. Bu mövsüm “Sevilya”nın oyunlarını çox izləyə bilməmişəm. Amma La Liqanın lideri olduqlarını, futbolçularının səviyyəsini bilirəm. Əla komandadır, Avropa Liqasını qazanmağa əsas namizədlərdən olduqlarını bilirəm.

Amma biz də yaxşı komandayıq. Üstəlik, evdə oynadığımız üçün həmişə olduğu kimi, yenə qələbə qazanmağa çalışacağıq. “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq. Qələbə barədə düşünmürsüzsə, nə üçün oynayırsız? Rəqib nə qədər güclü olsa da, öz oyun fəlsəfəmizə sadiq qalacağıq. Topa sahib olmağı sevən və meydanda daim hərəkətdə olan kollektivik. Həmişə olduğu kimi, təhlükə yaratmaq üçün topa sahib olmağa, yaxşı müdafiə olunmağa və kollektiv şəkildə mübarizə aparmağa çalışacağıq.

“Qarabağ” fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdur. Altı ildir avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Burdakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Yalnız bizim üçün otel, istirahət edə biləcəyimiz otaq və mükəmməl sahə var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdir klubun “sükanı arxası”ndadır. O, burda hər şeyi dəyişdi, çempionluqlar qazandı, Avropaya gəldi”.

Bu gün keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.


 
tarix: 19-09-2019 13:30


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az