(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

10 ildən sonra... “müvəqqəti” kimi

10 ildən sonra... “müvəqqəti” kimi

“Sabah” Premyer Liqada baş məşqçisi olmadan yola davam etməyə qərar verdi. Təbii ki, kreslo boş qalmayacaq, “müvəqqətilər” Elşad Əhmədovun boşaltdığı postu tozlanmağa qoymayacaq. Lakin daimi baş məşqçinin təyinatı üçün hələ bir müddət gözləyəcəyik.

Klubun Müşahidə Şurasının növbədənkənar iclasının qərarı bir qədər gözlənilməz oldu. Çünki onlar öz içlərindən birini – İqor Ponomaryovu məşqçi kimi görməyi lazım bildi.

MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iclasda iştirak edib. Və məhz Adıgözəlovun təklifi ilə yeni baş məşqçi təyin olunana kimi Ponomaryovun təcrübəsi ilə komandaya kömək etməsi lazım bilinib. O, Premyer Liqanın “Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq.

Şura üzvünün baş məşqçiyə çevrilməsi təcrübəsi əvvəllər də olub. Əsgər Abdullayev “Neftçi”nin Müşahidə Şurasını baş məşqçi postuna dəyişmiş, sonra isə birdəfəlik klubdan qovulmuşdu. Bir məşqçiyə iki əvəzedicinin təyin edilməsini isə ilk dəfədi görürük. Elşad bəyi növbəti turda Rövşən Babayev əvəzləyəcək, daha sonra estafeti Ponomaryov davam etdirəcək.

Doğrusu, “Sabah”ın məşqçi axtarışlarında səhvə yol vermək istəmədiyi üçün belə davrandığını düşünürük. Tələsik kimisə təyin etməkdənsə, zaman qazanmaq, ciddi götür-qoy etmək lazım bilinib. Yeganə yanlış komandanı 2 həftə içində 3 məşqçiyə tapşırmaqdı. Ya Babayev yeni məşqçi gələnə kimi işinə davam etməli, ya da Ponomaryov elə bu turdan etibarən işə başlamalıydı.

Qərar vermək “Sabah” rəhbərliyinə aid məsələdi. Amma onlar bir qədər tələssə, pis olmaz. Çünki Ponomaryov gələcəyinin parlaq olacağı gözlənilən kluba uyğun deyil. Hətta bir neçə yaxşı oyun da şura üzvünü daimi baş məşqçiyə çevirmək üçün əsas olmamalıdı. Olimpiya çempionumuzun məşqçilik karyerası zəngin deyil və uğursuzluqlarla doludu. Özünü doğrultsaydı, 10 ildi işsiz qalmazdı.

Daha çox uşaq komandalarında işləyən, sırf adına görə millimizdə məşqçi kimi debüt edən Ponomaryov “Sirianska” İsveç (2002-03), “Qarabağ-Azərsun” (2004-05), “Maşuk” Rusiya (2006-07), “Xəzər Lənkəran” (2008-09) kimi komandalarda uğursuzluq yaşayıb, heç vaxt hədəfə çatmayıb. “Sabah” həqiqətən böyük işlər görmək, inkişaf etmək, böyük kluba çevrilmək istəyirsə, məşqçi axtarışlarını davam etdirməli, iddialarına uyğun gələn, uzun müddət fəaliyyət göstərəcək bir məşqçi tapmalıdı.

Ponomaryovun təcrübəsi indiki halda komandaya müəyyən fayda verə bilər. Lakin bu, təkcə məşqçi bacarığının nəticəsi sayılmamalıdı, çünki hər dəyişiklikdən sonra müəyyən silkələnmə olur. Olimpiya çempionumuz böyük işlər üçün uyğun məşqçi olmadığını düşünürük. Elə deyilsə, bizi yanıltsın.

FƏRİD


 
tarix: 19-09-2019 14:11


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az