(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan “Sevilya” Bakıdan 3:0 hesablı qalibiyyətlə ayrılıb. 

Futbolinfo.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında İspaniya təmsilçisinin baş məşqçisi Xulen Lopeteqi  jurnalistlərin suallarını cavablandırıb.

- Son oyunlarda qol vurmaqda çətinlik çəkirdiniz. Bu gün isə rəqib qapısından 3 top keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Düzdü, rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı.

- Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?
- Təcrübəli komanda olması hiss olunurdu. Üzərində işlənmiş komandadı. Gözlədiyim “Qarabağ”ı gördüm.

- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidi?
- Futbolda təəccüblü heç nə yoxdu. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan.

- Kimdən və nədən razı və narazı qaldınız?
- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.

- Hesab komandalar arasında fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ” barədə fikirləriniz necədi?
- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.

- 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmaq necə hissdi?
- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı.

- Həftəsonu La Liqada “Real”a uduzsanız, bunu uzaq səfər və “Qarabağ”a qarşı oyunla əlaqələndirməyəcəksiniz?
- “Real”la bağlı sabah danışarıq. (matc.az)


 
tarix: 19-09-2019 23:19


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az