(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

“İstəməzdik məğlub olaq. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindi. Bunu qəbul etməliyik”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Sevilya”nı qəbul edən Azərbaycan çempionu 0:3 hesablı məğlubiyyətə üzülüb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Sevilya” çox dinamik komandadı, topla sürətli davranır. Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə, azarkeşlərimizə də bu cür dəstəyə görə təşəkkür edirəm”.

- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
- Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdu. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq.

- İki ölkə futbolu arasında böyük fərq var. Oyunda necə, bu hiss olundumu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdu. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdı. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, necə güclü çempionatdan gəldiklərini göstərir.

- Xayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
- “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Kintananı meydana buraxdıq.

- Araz Abdullayevi hücumun mərkəzinə buraxanda, hücumçu problemini hiss etdinizmi? Və Miçeldən razı qaldınızmı?
- Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidi. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır. (matc.az)


 
tarix: 19-09-2019 23:30


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az