(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maksim Medvedev: “Arada yerlə göy qədər fərq var”

Maksim Medvedev: “Arada yerlə göy qədər fərq var”

"Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubuna qarşı keçirdikləri oyunu şərh edib. 

Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi doğma meydanda qeydə alınan 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:

- Gözlədiyimiz kimi oyun keçdi. Bilirdik ki, rəqib səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Rahat top saxlayırlar, əks-hücumlar və pressinq edirlər. Bu tərəfdən güclüdürlər. İlk hissədə qapımızı qorumağı bacardıq. Fasilədən sonra yorulmağa başladıq. Konsentrasiyamız düşdü. Buna görə də səhvlər etdik. Zonalarımızı itirdik. Bu da yorğunluqla əlaqəlidir. İlk qoldan sonra həm də əsəbləşməyə başladıq. İkinci qolda səhvimizdən oldu. Bundan sonra çətin olardı “Sevilya”ya qarşı toparlanıb nəsə etmək.
 
- Səviyyə fərqini hiss etdiniz?
- Əlbəttə, hiss elədik. İlk hissədə bunu gördük. Bir toxunuşla ötürmələr edirlər, əks-hücuma sürətli çıxırlar. Hər şey görsənirdi. Bəzi epizodları çatdırmırdıq. Düzdür, bəzi anlarda səhvə yol verirdilər. Siz də, azarkeşlər də gördü ki, “Sevilya” bizdən daha yaxşı futbol oynayır. 
 
- Xal götürəcəyinizə ümidiniz var idi? Bəzi futbolçular hiss olunurdu ki, yaxşı mübarizə aparmırdı. Miçel Avropada son oyunlarda səhvlərə yol verir.
- Kimin necə oynadığını deyə bilmərəm, komanda yoldaşlarımdır. Onlar səhv edirsə, deməli, mən də etmişəm. Hamımızı birgə səhv edirik. Miçel “Atletiko”ya qol vuranda əlimizin üzərində aparırdıq. Bir az yaxşı oynamayanda Miçelin günahının olduğunu deyə bilmərik. Qıraqdan mən də istəyərdim ki, mübarizə aparaq, qol vuraq, bir az kobud oynayaq və hiss etsinlər aqressivliyimizi. Bir az aqressivlik də çatmadı. Biz də topla oynayan komandayıq. Aqressiv futbol oynaya bilmirik.
 
- “Düdelanj”ın APOEL-ə 4:3 hesabı ilə qalib gəlməsi sizin üçün gözlənilən oldu?
- Gözlənilən oldu, əlbəttə. Əgər “Düdelanj” qrupa düşübsə, zəif rəqib ola bilməz. 3-4 il əvvəl “Düdelanj”la üzləşmişik. Amma bu gün nə olar, nə də biz həmin komanda deyilik. Əgər APOEL-i məğlub ediblərsə, məncə, qrupda ikinci yer uğrunda çox maraqlı mübarizə keçəcək.
 
- “Düdelanj”In qələbəsi “Qarabağ”ın işinə yaradı? Çünki ikinci yer uğrunda APOEL-lə “Qarabağ”ın mübarizə aparacağı gözlənilir.
- Düşünmürəm ki, bizə hələ yarayar. Çünki bilmirik ki, biz “Düdelanj” və APOEL-lə necə oynayacağıq. Rəqibləri analiz etməmişik. Bu gün ağır oyun keçirdik. Azərbaycan çempionatı ilə bu turnir arasında yerlə göy qədər fərq var.
 
- Belə oyunlardan sonra çempionat matçına köklənmək olur?
- Nə edək, biz Azərbaycan, onlar da İspaniya çempionatında oynayır. Meydana çıxıb, oynamalıyıq. Məcbur oynamalıyıq. Hərənin öz çempionatı var. (matc.az)


 
tarix: 20-09-2019 10:00


 
Xəbər lenti
20.10.2019

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az