(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Səviyyə fərqi və gözlənilən məğlubiyyət

Səviyyə fərqi və gözlənilən məğlubiyyət

Sürpriz heç nə yoxdu. “Sevilya” ilə oyunda gözlənilən oldu. İspaniya çempionatının lideri layiq olduğu qələbəni qazandı, getdi.
 
Qurban Qurbanov əlnidəki heyəti bu matça ən yaxşı şəkildə hazırlamışdı. “Qarabağ”ın baş məşqçisi xüsusi narahatlıq doğuran müdafiə xəttini rotasiyalar edərək seçmiş və yanılmamışdı. Rahil Məmmədovun zədəli, Rəşad Sadıqovun xəstə olduğunu nəzərə alsaq, Maksim Medvedevin yenə mərkəzə çəkilməsi, Abbas Hüseynovun sağ cinahda oynadılması bir az riskli idi. Lakin məğlubiyyətdə bu amilin rolu olmadı.
 
Avropa Liqasının qrup mərhələsində ilk sınaq üçün “Sevilya” uyğun olmayan rəqib idi. Bəlkə də başqa komandyla start daha yaxşı olardı. Amma təqvimlə razılaşmaq lazımdı, matç baş tutdu və gözlənilən məğlubiyyət reallaşdı. “Qarabağ”ın ləng yarımmüdafiə xətti Filip Ozobiçin, dişsiz hücumu Mahir Emrelinin yoxluğunda bir qədər də zəiflədiyindən Qurbanovun seçim imkanı yox idi.
 
“Sevilya”ya qarşı ən yaxşı taktika seçilmişdi. Belə rəqibi yalnız əks-hücumarda cəzalandırmaq olardı. Müdafiədə isə sıx oynamaq, zona verməmək gərəkirdi. Ağdamlılar bütün bunarı etdi və yalnız ispanların futbolçularının ustalığı nəticəni qonaqların xeyrinə dəyişdi. 1 saat ərzində hesab açılmadı və Miçel Madeyranın ani diqqətsizliyi, cərimə meydançası qarşısında kobud oyunu həlledici oldu. Çiçaritonun cərimə zərbəsinin qarşısını almaqda komanda oyunu, məşqçi taktikası aciz idi, təcrübəli hücumçunun səlis zərbəsi bütün ümidləri dəfn etdi.
 
Artıq xal qazanmaq üçün qol vurmalı olan “Qarabağ” hücuma diqqət ayırmağa başladı və daha iki top buraxdı. 62 dəqiqə səhvsiz oynayan komandanın intizamı unutması risk etməsinə görəydi. Yenə diqqətli oynayıb, minimal hesabla da uduzmaq olardı. Lakin o cərimə zərbəsi hər şeyi dəyişmişdi və məğlubiyyətdən qaçmaq yalnız möcüzə olardı.
 
Çempionumuz üçün bu məğlubiyyət böyük ölçüdə heç nəyi dəyişmir. Qrupdan çıxmaq üçün digər rəqiblərlə mübarizə aparmalıyıq. İspanlar favoritdi və ilk pilləyə indidən sahibləndilər. “Qarabağ” digər iki rəqibiylə oyunlarda mümkün qədər çox xal toplamalıdı. Dünənədək APOEL 2-ci yer uğrunda mübarizədə əsas rəqib sayılırdısa, indi üç bərabərgüclü komandadan danışırıq. “Düdelanj”ın Kiprdəki sürpriz qələbəsi vəziyyəti dəyişdi. Ağdamlıların Lüksemburqdakı növbəti oyununun önəmi indi daha böyükdü.
 
“Sevilya” “Qarabağ”ı səviyyə fərqinə görə üstələdi. Oyunçuların keyfiyyəti öz yerində, təcrübə amili də mühüm rol oynadı. Bu yarışda hamıdan çox qalib olan əndəlüslülərin zəngin təcrübəsi var. Onlar digər rəqiblərimizə də asanlıqla qalib gələcək. Ağdamlıların taleyi isə öz əlindədi. Əsas rəqiblərlə matçlardakı nəticələr qrupdan çıxmaq baxımından həlledici olacaq. Təmsilçimizin bunu bacaracağına ümid edək. Bizim üçün yarış Lüksemburq səfərindən başlaycaq...
 
FƏRİD

 
tarix: 20-09-2019 10:57


 
Xəbər lenti
20.10.2019

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az