(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“İstəyim “Qarabağ”la oyunda reallaşdı”

“İstəyim “Qarabağ”la oyunda reallaşdı”

“Sevilya”da rəsmi debütümü etdim. Bu üzdən də oyunda çox həyəcanlı idim”. 

Futbolinfo.az saytının məlumatına görə, bu sözlər “Sevilya”nın yarımmüdafiəçisi Alexandro Pozoya məxsusdu.

İspaniyalı futbolçu yetirməsi olduğu əndəlüs klubunun əsas komandasında debüt matçını Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirib.

20 yaşlı hücumameyilli futbolçu yerli mətbuata açıqlamasında təəssüratlarını bölüşüb: "Çətin oyun idi. Çünki "Qarabağ" həmişə güclü komandaları sıradan çıxararaq, qrup mərhələsinə adlayıb. Üstəlik, azarkeşləri də onlara gözəl dəstək verirdilər. Belə bir yerdən qələbə ilə ayrılmaq çox yaxşı idi. Uğurlu çıxış etdik, topa sahib olduq. Düzdü, ilk hissədə istədiyimiz qolu vura bilmədik. Amma ikinci hissədə Çiçaritonun qolu vəziyyəti lehimizə dəyişdi".

Pozo bundan sonra "Sevilya"da möhkəmlənməyə çalışacağını vurğulayıb: "Nəhayət ki, uşaqlıq arzumu gerçəkləşdirdim. Bundan sonra komandada möhkəmlənmək üçün əlimdən gələni edəcəm. Debüt oyunumu səbirsizliklə gözləyirdim. İstəyim "Qarabağ"la oyunda reallaşdı. Baş məşqçi Bakıdakı matçda oynayacağımı deyəndən sonra bir az gərginlik, əsəbilik yaşadım. Amma topa ilk toxunuşumla bunların hamısı yox oldu. Baş məşqçi sakit şəkildə öz oyunumu göstərməyi tapşırdı. Mən də onu eşitdiyim üçün hər şey yaxşı alındı". (matc.az)

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


 
tarix: 20-09-2019 13:15


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az