(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

“Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

“Səbail”in moldovalı futbolçusu Yevgeni Koçuk futbolinfo.az saytına müsahibə verib. O, komandada olan problemlərdən və klubdakı gələcəyindən danışıb:

- “Keşlə” ilə oyunda qalib gəldiniz...
- Fikrimcə, çox maraqlı oyun oldu. Heç kim güzəştə getmək istəmirdi. Yaxşı mübarizə apardıq. Əks-hücumlarda oynamaq planımızı yerinə yetirdik. İlk hissədə yaxşı çıxış etdik və daha çox istədiyimiz kimi oynadıq. Amma ikinci yarıda rəqibə təşəbbüsü verdik və hesabı qoruya bildik. Maraqlı oldu və sevinirəm ki, sonda 3 xalı biz qazandıq.

- Çempionata gözlənilmədən yaxşı başladınız. Komandadakı problemlərdən sonra heç kim “Səbail”dən belə çıxış gözləmirdi...
- Çempionata yaxşı başlamaq önəmlidir. Həqiqətən 4 tura 9 xal yaxşı nəticədir. Qələbəyə həmişə inam var idi. Lakin dürüst olacam bu qədər yaxşı başlanğıcı gözləmirdim.

- Komandada olan problemlər hazırda qalmaqda davam edir?
- Bu məlumatlar bir az şişirdilmiş şəkildə təqdim edilirdi. Lakin problemlər var idi və indi də var. Amma deyildiyi qədər böyük deyil. Ümumiyyətlə, belə hallar hər zaman olur. Bu vəziyyətlə üzləşən nə ilk, nə də son komandayıq. Meydana çıxdığımız zaman hər şey geridə qalır və futbol barədə düşünürsən. Biz də futbol oynayırıq və peşəkarıq.

- Dilan Duventru və Bilal Həmdi gedəndə sənin də komandadan gedəcəyinə aid xəbərlər var idi...
- Həmin vaxt mənim bir neçə təklifim var idi. Lakin düşünüb burada qalmağa qərar verdim.

- Qış fasiləsində komandadan getmək haqqında düşünmürsən?
- Hazırda vəziyyət yaxşılaşır və genişmiqyaslı çətinliyimiz yoxdur. Mövsümün sonuna qədər müqaviləm var və buradayam.

- Sabah “Qəbələ”yə qarşı oyununuz var və qarşı tərəfdə də vəziyyət heç yaxşı deyil. Səncə, komanda qalib gələ biləcək?
- Belə danışmağı sevmirəm. Lakin biz hər oyuna qalibiyyət üçün çıxırıq. Sabah da meydana qələbə üçün çıxacağıq. Ciddi bir matç bizi gözləyirik.

FƏRİD


 
tarix: 21-09-2019 09:00


 
Xəbər lenti
20.10.2019

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az