(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Amil Yunanov: “Keşlə” karyeram məni geri saldı”

Amil Yunanov: “Keşlə” karyeram məni geri saldı”

“Hava şəraitini özünüz gördünüz. Belə oynamaq, həqiqətən də, çətin idi. Evdə oynayırdıq, ardıcıl 3 matçda uduzduğumuzdan, üzərimizdə təzyiq var idi. Bu oyunda qalib gəlməli idik. Sevinirik ki, bunu bacardıq. Vacib olanı 3 xal idi, onu da əldə etdik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Bəhanə etmirəm, amma bu matçda hava şəraiti elə idi ki, epizodları tutmaq çətin idi. Bu görüşdə yalnız döyüşmək lazım idi. Komanda şəklində bunu etdik və vacib qolu vuraraq, qələbə qazandıq" - deyə o bildirib.

Yunanov "Keşlə" karyerasının onu geriyə atdığını da söyləyib: "Əlbəttə, geri atdı. Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonluğa doğru alınmadı. Az şans qazanır, son qarşılaşmalarda çıxış etmir, demək olar ki, ehtiyatda qalırdım. Bu da oyunuma təsirini göstərdi və məni bir qədər geri atdı. "Sumqayıt"a qayıtdıqdan sonra təlim-məşq toplanışını çətin keçdim. İndi isə yavaş-yavaş yaxşılığa doğru gedirəm. Çalışıram ki, daha yaxşı olum. Əvvəllər də çıxış etdiyim kimi formada olmadığımı anlayıram. Çətin vəziyyətdən çıxacağıma və hər şeyin yaxşı olacağına inanıram".

O, növbəti tur qarşılaşacaqları "Qarabağ"ı Azərbaycanın ən güclü komandası olduğunu bildirib% "Bu komandaya qarşı istər-istəməz daha motivasiyalı çıxış edirsən. "Qarabağ", "Neftçi" kimi güclü kollektivlərlə oynamağı xoşlayıram. Bu, özümüz üçün də yaxşıdı. Səfərdə çıxış etməyimizə baxmayaraq, xal qazanmağa çalışacağıq. Hərçənd, "Qarabağ" da bütün komandalar kimi, öz meydanında yaxşı çıxış edir".

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 22-09-2019 11:33


 
Xəbər lenti
09.12.2019

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az