(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Millimiz Rusiyaya məğlub oldu

Millimiz Rusiyaya məğlub oldu

Bu gün Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində Azərbaycan millisi ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Rusiya ilə oyunda ilk real qol epizodunu futzalçılarımız yaradıb. Amadeu qapıçı ilə üzbəüz qaldığı epizodda rəqib qolkiperi məğlub edə bilməyib. Ümumiyyətlə ilk 10 dəqiqə bir qədər kəşfiyyat xarakteri daşıdığından komandalar ehtiyatı əldən verməyiblər. Azarkeşlər isə ilk qolu 12-ci dəqiqədə görüb. Meydan sahiblərindən Kodziev hesabı açıb. Fasiləyə 28 saniyə qalmış komandamız ikinci qolu buraxıb.

İkinci hissədə dərhal fərqi minimuma endirmək olardı. Amma Eduardonun zərbəsindən sonra top qapı dirəyinə dəyinə dəyib. 32-ci dəqiqədən etibarən Alesio qapıçını meydan oyunçusu ilə əvəzləyib ki, bu funksiyanı Rizvan Fərzəliyev yerinə yetirib. Komandamızın hücumu zamanı top itkisi meydan sahiblərinə boş qapıya düşmək imkanı qazandırıb. Kardoso özünü yetirərək buna imkan verməyib. 35-ci dəqiqədə fərq minimuma enə bilərdi ki, son anda qeyri-dəqiqlik buna mane olub. Amma 37-ci dəqiqədə Eduardo rəqib torunu silkələməyi bacarıb. Son saniyələrdə isə rəqib qapıçı matçda hesabın bərabrələşməsinə imkan verməyib. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Futzalçılarımız növbəti oyununu sentyabrın 23-də saat 16:00-da İran millisinə qarşı keçirəcək.
 
Caspian Cup-2019
22 sentyabr

Rusiya – Azərbaycan 2:1
Qollar: Kudziev, 11:34, Niyazov, 19:32 - Eduardo, 36:21.
Hakimlər: Yuri Neverov (FİFA), Vladimir Kadıkov (FİFA), Qriqori Zelençov (FİFA).
Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00.

Rusiya: 1. Georgi Zamtaradze (q), 4. Dmitri Lıskov, 9. Sergey Abramov (k), 14. Danil Davıdov, 17. Artem Antoşkin, 12. Nikolay Balaşov (q), 2. Valeri Demin, 3. Romulo, 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 8. Yanar Asadov, 10. Artem Niyazov, 13. Nikolay Şisterov, 18. Andrey Afanasov.
Baş məşqçi: Sergey Skoroviç.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 13. Cardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto.
Baş məşqçi: Joze Alesio Da Silva.


 
tarix: 22-09-2019 17:52


 
Xəbər lenti
20.10.2019

10:30   Novruzovun komandası “Zimbru”ya divan tutdu

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az