(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “10 nəfərlə daha yaxşı oyun göstərdik”

Bordin: “10 nəfərlə daha yaxşı oyun göstərdik”

Azərbaycan Premyer Liqasında V turun “Neftçi” – “Keşlə” (0:0) matçından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Qırmızı vərəqəyə kimi yaxşı oynayırdıq. Buna qədər qorxu da var idi. Tam güclə irəli atıla bilmirdik. Qəribədi ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumza təsir edir. Hər dəfə neqativ nəsə baş verməlidi ki, komandam ayılsın.

- Keçən dəfə “İstefa” səsləndirən azarkeşləri öyrədilmiş şəxslər adlandırmışdız. Artıq “Forza Neftçi” tribunadan çəkilib. Bu gün “İstefa” şüarları var idi. Yenə düşünürsüz ki, bir qrup “Neftçi”ni istəməyənlərdi, yoxsa özünüzü günahkar sayırsız ki, oyuna görə fanatlar komandadan küsüb?
- Komandanın qazandığı hər yaxşı və pis nəticəyə görə məsuliyyəti mən daşıyıram. İstefaya səsləmək normaldı, onların buna haqqı var. Ancaq təhqiredici sözləri mən qəbul etmirəm. “İstefa” qışqırmaları normaldı, ancaq təhqirləri ciddiyə almıram.

- Həddən artıq çox hücum oldu, ancaq qol olmadı. Əvəzetmələriniz də hücumu gücləndirməyə hesablanmışdı. Qol niyə olmur?
- Biz azlıqda qalmamış epizodları qola çevirməliydik. 10 nəfərlə müdafiə olunanda daha çox enerji itirirsən və tam güclə hücum etmək olmur. Ancaq 10 nəfərlə qalmağımıza baxmayaraq, daha çox qol epizodu yaratdıq.

- Bəzi oyunçular sanki imkanlarından xeyli aşağı çıxış edirlər. Sərt müdaxilə etmək fikriniz varmı?
- Deməzdim ki, hansısa oyunçu səviyyəsindən aşağı çıxış edir. Komanda şəklində psixoloji təzyiq altında olduğumuz üçün istədiyimiz oyunu göstərə bilmirik. Onu da qeyd etmək lazımdı ki, “Keşlə” də yaxşı oyun göstərdi.

- Psixoloji gərginlik sırf nəticələrə görədi, yoxsa başqa hansısa səbəblər var?
- Təbii ki, nəticələrə görədi. Başqa səbəb yoxdu. Turnir cədvəlində yaxşı yerdə qərarlaşmamışıq. Bu da futbolçuların üzərində təzyiq yaradır.

- Matçdan sonra hakimlərə yaxınlaşdız. Bu, nə ilə bağlı idi?
- Onun fikrini öyrəndim ki, niyə matçı tez bitirdilər. Demək olar ki, top cərimə meydançasına çatar-çatmaz matçı bitirəcəkdi. Hətta ötürmə ilə başlasaydıq da, matçı sona çatdıracaqdı. Bu barədə onların fikrini öyrənirdim.

- Monrozun fiziki hazırlığı yerindədimi? Yerindədisə, niyə belə ləng görünür?
- Monroz gözəl oyun nümayiş etdirdi. Hətta 10 nəfərlə qaldıqdan sonra daha artıq qaçır, müdafiəyə də kömək edirdi.

- Platellasa nə olub?
- Ona heç nə olmayıb. Oynamaması texniki seçim idi.

- 5 oyuna 5 xal və 6-cı yer. “Neftçi” kimi komandanın baş məşqçisi artıq problemi düşünməliydi. Çıxış yolunu nədə görürsüz?
- Problemi psixologiyada görürəm. Sadəcə olaraq, nəticələrə gpörə üzərimizdə təzyiq var. İstədiyin şeyləri göstərməyə çalışırsan, amma bu, imkan vermir.

- Baş hakimin sizi sarı vərəqə ilə cəzalandırmasına münasibətiniz necədi?
- Buna şərh verə bilmərəm. Sadəcə olaraq, mən ona sual verdim. O da mənə sarı vərəqə göstərdi. 

 

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 22-09-2019 20:56


 
Xəbər lenti
07.12.2019

21:14   “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07   Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58   “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az