(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu, Bakıdakı toplanışın səmərəli keçməsinin nəticəsidi”

“Bu, Bakıdakı toplanışın səmərəli keçməsinin nəticəsidi”

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Teles Thaqo federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Rusiyaya doğma meydanda sürpriz edə bilərdinizmi?
- Çətin oyun oldu. Biz Bakıda yox, Rusiyada bu ölkənin yığmasına qarşı oynadıq. Təzyiq var idi, üstəlik, rəqibimiz bu gün dünyanın ən güclü komandalarından hesab olunur. Son dünya çempionatının finalçısıdırlar, dəfələrlə Avropa çempionatında final oynayıblar. Buna rəğmən, biz də pis oynamadıq. Hətta deyərdim ki, ikinci hissədə daha yaxşı oynayan tərəf biz olduq. Oyuna nəzarət edir, topu özümüzdə saxlayırdıq. Bizim üçün yaxşı test oldu. Yenə deyirəm, sıradan bir milli ilə qarşılaşmırdıq. Dünya çempionatının oyunları üçün yaxşı hazırlıqdı.

- Yorğunluq necə, hiss olunurdumu?
- Məşqsiz bir neçə oyunçunun meydana çıxması çətin olsa da, pis alınmadı. Kömək edə bildilər. Bir müddətdi bir yerdə çıxış etmirdik, Kardoso və Polettonun gecə komandaya qoşulması təsir edən amillərdəndir. Ancaq Edu, Amadeu və Vassora Bakıdakı toplanışda iştirak etmişdi. Bu gün yaxşı nə etdiksə, komanda olaraq bacardıq. Bu da Bakıdakı toplanışın səmərəli keçməsinin nəticəsidi.

- Oyunun ən yaxşısı seçildin. Sürpriz olmadı?
- Təki qələbə qazanaydıq, heç ən yaxşı seçilməsəm də olardı. Rusiyanı məğlub etsəydik... Təbii ki, fərdi mükafat qazanmağım digər oyunlara motivasiyamı artıracaq.

- Növbəti oyunda rəqib İran millisi olacaq. Dünya üçüncüsü ilə duel necə keçəcək?
- Son 3 ildə onlarla 3-4 dəfə qarşılaşmışıq. Əksər oyunlar 3:3 hesabı ilə başa çatıb. Onlara qarşı hər zaman yaxşı çıxış etmişik. İran da dünyanın ən yaxşılarındandır. Məncə, Rusiyaya qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Artıq təyyarənin yorğunluğu da çıxacaq. Bu oyun daha yaxşı olacaq.

- Dünya çempionatının əsas mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
- Ağır oyunlar olacaq. Niyə? Bu gün dünyada yaxşı komandaların sayı çoxalıb. Hər kəs uğur qazanmaq istəyir. Amma biz doğma məkanda oynayacağıq və bu üstünlükdən yararlanacağıq. Çox işləməliyik. Nəyinsə yüngül olacağını düşünməməliyik.  


 
tarix: 22-09-2019 23:20


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az