(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Təzyiq altında... sülh

Təzyiq altında... sülh

Bəlkə də Roberto Bordinlə Tərlan Əhmədov başqa oyuna baxıb. Ya da “Neftçi – “Keşlə oyununa başqa gözlə baxıblar. Bilmirəm. Ancaq eyni matçı izləmişiksə, onların dedikləri daha çox bəhanə axtarışı, bəraət qazanmaq cəhdidi.
 
Dünən “Bakcell Arena”da oynanılan matçın qiymətini son saniyədə cərimə zərbəsini yerinə yetirən Tural Axundov verdi. Meydan sahiblərinin müdafiəçisi təhlükəli ötürmə etmək əvəzinə son şans kimi baxılan cərimə zərbəsindən topu 5 metrlikdə dayanan komanda yoldaşı Soni Mustivarın kürəyinə vurdu. Bu, oyunun keyfiyyətinin, qarşılaşmaya münasibətinin ən bariz nünunəsi idi.
 
Paradoksdu, amma “Heftçi” həqiqətən 10 nəfərlə qaldıqdan sonra daha yaxşı oynamağa başladı. Oyunun əvvəlində rəqibə göz açmağa imkan verməyən “Keşlə” say üstünlüyü qazandıqdan sonra daha astagəl oynamağa başladı, aqressiyanı unutdu. Sanki matçdan öncə hədəf kimi seçdikləri 1 xalı qazanmağa yaxınlaşdıqlarını hiss etdilər, bundan artığına can atmadılar. Halbuki fasilədən sonra meydanda gəzişən “Keşlə” futbolçuları təzyiqi azacıq artırsaydı, qələbə qazanmaq çətin olmazdı.
 
Əhmədov mətbuat konfransında komanda üzərində təzyiq olmasından gileyləndi. Doğrusu, söhbətin hansı təzyiqdən getdiyini bilmirik. Tamamilə yenidən qurulan komanda ilk 4 tura 6 xal qazanmışdı və səfər qələbələri yaxşı göstəricidi. Ola bilsin, Tərlan bəy ötən tur “Səbail”ə gözlənilməz məğlubiyyətdən sonra qəzəblənən rəhbərliyin diqqətsizliyini təzyiq kimi qəbul edir. Bu səbəbdən “Neftçi” ilə oyundakı heç-heçənin işə yarayacağına inanmışdılar və bu səbəbdən oyuna uduzmamaq düşüncəsiylə çıxmışdılar.
 
Bordin də psioxoloji təzyiqdən danışdı. İtaliyalı haqlıdı, lakin bu cür davam etmək də mümkün deyil. Təzyiq üzündən qələbə qazanmadıqca, basqı daha da artacaq, xallar əldən gedəcək. Bununla komanda hər gün daha da geri gedəcək, hədəfindən uzaqlaşacaq. Toparlanmaq və uğursuz gedişə son qoymaq lazımdı. “Neftçi” uçurumdadı və baş məşqçi çıxış yolu tapmır, gördüklərimizi özünə sərf edən şəkildə şərh edir.
 
Əslində, bütün uğursuzluqların səbəbkarı elə Bordindi. Əlində kifayət qədər yaxşı heyət olmasına baxmayaraq, italiyalı onları komandaya çevirə bilmir. 5 oyuna 5 xal çox pis nəticədi, üstəlik, komanda cəmi 3 top vurub. Halbuki bakılıların hücum potensialına digər komandalar həsəd aparır. Roberto isə “heyətlə oynamaqda” davam edir, hər tur yersiz rotasiyalara əl atır, futbolçuların bir-birinə uyğunlaşmasına əngəl olur.
 
Bordinin Donald Gerye sevgisi bir başqadı. Yayda toplanış keçməyən, komandayla düz-əməlli məşq etməyən haitili ardıcıl 2 oyundu start heyətində yer alır. Və dünən onun aldığı qırmızı vərəqə həm taktiki savadsızlığın, həm də fiziki cəhətdən hazır olmamağın nəticəsi idi. Bəlkə də komanda tilsimi qırıb qələbə qazana biləcəyi matçda məhz onun üzündən azlıqda qaldı və bir saat 10 nəfərlə oynadı. Geryenin qovulmasından sonra meydana müdafiəçi buraxmaq üçün oyundan alınan Dario Federikonun qəzəbi, məşqçiylə sözləşməsi isə artıq futbolçuların da Bordinin hoqqalarından bezməsinin göstəricisi idi. İtaliyalı hər tur rəhbərliyə ünvanlanan istefa şüarlarının davam etməsinin bir nömrəli günahkarıdı. Halbuki onun uğurlu olması üçün hər şey edilib.
 
Dünənki “Neftçi” – “Keşlə” matçı mövsümün ən bərbad oyunları sırasında zirvədə olmağa layiqdi. Xüsusilə fasilədən sonra meydanda yorğun, ruhsuz, hədəfsiz rəqiblər var idi. Hər iki komanda büdcəsinə görə Premyer Liqa iştirakçıları arasında ilk “üçlüy”ə düşür, onların oyunu isə heç 5 qəpiklik deyildi.
 
AĞA

 
tarix: 23-09-2019 09:00


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az