(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”a çatmaq çətin olacaq”

“Qarabağ”a çatmaq çətin olacaq”

"Uduzaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik - bu nəticə bizi qanə edərdi".

Futbolinfo.az xəbər verir ki, bunları "Keşlə"nin futbolçusu Ruslan Qurbanov Premyer Liqanın V turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra deyib.
 
28 yaşlı hücumçunun sözlərinə görə, "Neftçi" güclü rəqibdir: "Sadəcə olaraq, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq".
 
- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?
- Bir az bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin, bu gün bizim günümüz deyildi. Ona görə də vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaq, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.
 
- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?
- Bəli, yüngül zədə aldım. Məndə topuqda zədə var. Təmas oldu, yenə ağrı yarandı.
 
- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?
- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ"a çatmaq çətin olacaq. Çünki onlar stabil çıxış edirlər, tələsmirlər. Birini vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə, kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.
 
- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-stabil çıxışının səbəbini nədə götürürsünüz?
- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onları yaxşı heyəti, futbolçuları var. SOCAR da sponsordur. Başqa nə lazımdır ki?

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 23-09-2019 09:15


 
Xəbər lenti
14.11.2019

17:40   “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19   Arda Turanla bağlı qərar verildi

16:59   “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35   Prosineçki Beqoviçə cavab verdi

16:17   “Neftçi”də qvineyalı futbolçu

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az