(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Samir Abasov: “Meydana sırf 3 xal üçün çıxmışdıq”

Samir Abasov: “Meydana sırf 3 xal üçün çıxmışdıq”

“Bir neçə tur idi uduzmurduq və oyuna yaxşı motivasiyada çıxmışdıq”. 

Futbolinfo.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”ı qəbul edən qəsəbə təmsilçisi öz meydanında 1:3 hesablı məğlubiyyətə düçar olub.

Oyunsonrası mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: “Meydana xal qazanmaq yox, sırf 3 xal üçün çıxmışdıq. Təəssüf ki, buraxdığımız səhvlər həlledici oldu. Medallar üçün oynayan komandanın müdafiəsində belə səhvlər olmamalıdı. Çox qaçdıq, yaxşı kombinasiyalar qurmağa çalışdıq. Bəzi məqamlardan razı qaldım”.

- İkinci hissədə 1:0 hesablı qələbə qazandınız. Birinci hissədə bu, mümkün ola bilərdimi?
- Bəli, ola bilərdi. İlk qolda futbolçumuz talesizlik yaşadı. İkinci qolda da bəxtimiz gətirmədi. Heç vaxt əks-hücum oynamayan “Qarabağ” əks-hücumdan qol vurdu. Müdafiə ilə bağlı səhvlərin üzərində ciddi dayanacağıq və oyunumuzu daha da təkmilləşdirəcəyik.

- Heyətiniz kasaddı və daha bir zədəliniz oldu. Növbəti həftəyə necə çıxacaqsınız?
- Bunu demək istəmədim ki, bəhanə etdiyimi deməsinlər. Bir neçə zədəli oyunçumuz var. Bizdən əvvəl əvəzedicilərimiz oynamışdı, uşaqlar yorğun idilər. Bu gün limitdəki oyunçuya bir şey olsaydı, başımızı tutacaqdıq.

- Hələ 5-ci turdu. Mövsümün əvvəlində bunu nəzərə almamışdınız?
- Almışdıq. Amma 40 futbolçu götürməli deyilsən ki, birdən 10 nəfər zədələnər. Hazırkı durumumuz bu qədər oyunçu götürməyə imkan verir.

- Meydana qələbə üçün çıxdığınızı dediniz. Bu “Zirə” “Qarabağ”ı məğlub edə bilərdi?
- Bəli, məğlub edə bilərdi. Rəqib ikinci hissədə oturmağa, top itirməyə başladı. Son beş gündə ikinci oyuna çıxmışdılar. Təəssüf ki, buraxdığımız qollar planlarımızı pozdu.

- Nordenin ehtiyatda qalması nə ilə bağlı idi?
- Həftəiçi bu cür çalışmışdıq, Elvinlə işləmişdik. Rəqibin ilk hissədə hücumda çox olacağını bilirdik. Elvini də müdafiəyə kömək etməsi üçün meydana buraxmışdıq. Norde bunu bacarmırdı. Onu ikinci hissədə meydana buraxdıq. Həmişə sən istədiyin kimi olmur.

- Cavid Hüseynovu komandaya götürdüyünüz, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün peşmansınız?
- Cavid “Zirə”yə gələndən sonra milliyə də çağırılıb. Sizin Yurçeviçlə fikirləriniz üst-üstə düşməyib. Bu gün Cavid daxil olmaqla, bəzi oyunçular yaxşı idi ki, bunun üzərində daha çox çalışacağıq.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 23-09-2019 21:17


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az