(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Kəpəz” rəsmisi: “Növbəti mövsümdən elitada çıxış etmək istəyirik”

“Kəpəz” rəsmisi: “Növbəti mövsümdən elitada çıxış etmək istəyirik”

“Kəpəz” Peşəkar Futbol Klubuna icraçı direktor təyin olunan İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, gənc klub rəsmisi əvvəlcə təyinatı ilə bağlı danışıb:

“Azərbaycanın ən köklü, titullu klublarından olan “Kəpəz”də belə böyük vəzifəyə təyin olmuşam. Çalışacağam ki, mənə ümid bəsləyən, bu posta layiq görən insanların etimadını lazımınca doğruldum. Dəstək verənlərə minnətdaram. Özümü çox məsuliyyətli hiss edirəm. Komandanın adını yenidən yüksəklərə qaldırmaq, nüfuzunu özünə qaytarmaq üçün səylə işləyəcəyəm. “Kəpəz”in bu il 60 illik yubileyidir. Odur ki, növbəti mövsümdən elitada çıxış etmək istəyirik. Buna görə də əlimizdən nə gəlirsə, ən yaxşı şəkildə edəcəyik”.

İlqar Nadiri Gəncədə yerləşən “Offside” futbol kompleksinin həmtəsisçisidir. O, bu ilin aprel-iyun aylarında Mini Futbol Liqasının (MFL) Nizami yurdunda təşkil etdiyi “Gəncə Kuboku” turnirinin Təşkilat Komitəsində yer almaqla yarışın əsas dəstəkçilərindən olub: “Futbolçu olmasam da, futbolun içində olmuşam. Çılğın, həyəcanlı azarkeşəm. Xaricdə səfərlərdə olarkən həmişə “Kəpəz”in nəticələri ilə yaxından maraqlanmışam. Komandanın çıxışını yaxından izləməyə çalışmışam. Yazda Gəncədə keçirdiyimiz “MFL Gəncə Kuboku”nun təşkilatçılığı bizi bütün ölkədə yaxşı mənada işimizlə tanıtdı. Turnirdə rekord sayda – 64 kollektiv iştirak etdi ki, bu da Gəncə futbolunun adına müsbət məqamdır. Həvəskarlar çoxdur və onları bir araya gətirib belə yarışı keçirmək bizə zövq verdi”.

“Kəpəz”in yeni icraçı direktoru azarkeşlərə çağırış da edib: “Gəncə azarkeşləri hər zaman futbola sevgiləri ilə tanınıblar. Mən fanatlarımızı stadiona komandamıza dəstək verməyə dəvət edirəm. Bu gün “Kəpəz”in yanında daha çox olmalıyıq. Futbolçuların azarkeş dəstəyinə böyük ehtiyacı var. Bu, onları ruhlandıracaq və qələbələrə həvəsləndirəcək”.


 
tarix: 24-09-2019 09:00


 
Xəbər lenti
15.11.2019

14:20   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az