(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA nümayəndəsini söyüb-döyən məşqçiyə 15 oyunluq cəza

AFFA nümayəndəsini söyüb-döyən məşqçiyə 15 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasında “Zirə” – “Səbail” matçının 70-ci dəqiqəsində “Səbail”in futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Tufan” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Veysəl Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” – “Səbail” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Mirtaleh Ağazadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Kəpəz” matçının 86-cı dəqiqəsində “Tufan”ın futbolçusu İlkin Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Sabah” matçının 63-cü dəqiqəsində “Sabah”ın futbolçusu Yelmar Aşurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 70-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Mehrac Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Xəyal Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında İOEUGİM – “Keşlə” matçının 90-cı dəqiqəsində İOEUGİM klubunun futbolçusu İbrahim Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “İsgəndər Cavadov BFA” – “Neftçi” matçının 81-ci dəqiqəsində “İsgəndər Cavadof BFA” klubunun futbolçusu Əziz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Xilə” – “Qarabağ” matçının 48-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəşad Soyunoğlu hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Neftçi” İK İB – “Keşlə” matçının 53-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Ayxan Məcidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Hüseyn Quliyev təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-15 Liqasında “Qarabağ” – “Neftçi” İK İB matçının 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Cəmil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında İOEUGİM – EFA matçının 49-cu dəqiqəsində İOEUGİM klubunun futbolçusu Məhəmməd Bəylərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyev AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tədbiq etməyə cəhd etdiyinə görə 15 oyun cəzalanıb.

Qızlar U-13 Liqasında “Fidan” (Bakı) – UGİM (Xaçmaz) matçının 36-cı dəqiqəsində “Fidan”ın futbolçusu Nərgiz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin “Star Karqo-2” – “Baku Fire-3” matçının 25-ci dəqiqəsində “Baku Fire-3” klubunun futbolçusu Sərxan Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin NTD – “Borçalı” matçının 27-ci dəqiqəsində NTD klubunun futbolçusu Telman Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin “Baker Nughes” – “Altay” matçının 21-ci dəqiqəsində “Altay”ın futbolçusu Nihad Rüstəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin “Bibiheybət” – “Hövsan” matçının 20-ci dəqiqəsində “Bibiheybət” klubunun futbolçusu Qədirli Balarza hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.


 
tarix: 25-09-2019 14:03


 
Xəbər lenti
14.11.2019
13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az