(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Jose Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb. Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə, Azərbaycan millisi qələbə qazanmaqla, gümüş medalı da əldə edə bilərdi.

İstənilən halda, mükafatçılar sırasına düşmək üçün Azərbaycan millisi bu dueldə yenilməməli idi. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassora görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio Da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi.

Görüş Azərbaycan millisinin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. İkinci dəfə təşkil edilən Caspian Cup turnirində Azərbaycan millisi sonuncu pilləni tutub.

Azərbaycan millisi turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirmişdi. Rusiya yığmasına 1:2 hesabıyla uduzan milli, İranla qollu bərabərə qalmışdı – 2:2.

Caspian Cup-2019
25 sentyabr

Azərbaycan – Qazaxıstan 2:5
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelençov
Qollar: T. Thaqo, 26:04, Eduardo, 36:20 Sarı vərəqələr: A. Akbalikov, 04:39, D. Nurqojin, 20:47

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 2. Eduardo Borges, 3. Teles Thaqo, 8. Rizvan Fərzəliyev (k), 13. Cardoso Everton, 1. Emin Kürdov (q), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto
Baş məşqçi: Joze Alesio Da Silva
Qazaxıstan: 2. İqita (q), 3. Dauren Nurqojin, 4. Ariold Knaub, 14. Duqlas, 15. Azat Baliulin, 1. Salaut Bayraliev (q), 8. Dinmuhambet Suleymanov (k), 9. Albert Akbalikov, 12. Bolat Sarbasov, 16. Alişer Sarsenbaev, 17. Birjan Orazov, 20. Cinqiz Yesenamanov
Baş məşqçi: Kaka


 
tarix: 25-09-2019 16:38


 
Xəbər lenti
20.11.2019

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az