(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA Bəhreyni seçməyə məcbur olub?

AFFA Bəhreyni seçməyə məcbur olub?

Oktyabrın 13-də Macarıstanla oynayacaq milli komandamız matça yorğun çıxacaq. Buna səbəb 4 gün öncə - ayın 9-da Bəhreynlə yoldaşlıq görüşünün keçirilməsidi.
 
Avro-2020-nin seçmə mərhələsində macarlarla matça hazırlanmaq, oyuna rəqibdən daha yaxşı formada çıxmaq üçün yaxşı imkan var idi. Belə ki, rəqib Xorvatiyayla səfər qarşılaşmasından 3 gün sonra millimizi qəbul edəcək. Təqvimə görə rəsmi matça çıxmayan futbolçularımız üçün bu, əla fürsət idi. Komandamızın cüt oyunlara hazır olmadığı, adətən belə vəziyyətdə fiziki cəhətdən çatdırmadığını nəzərə alsaq, bəlkə də Bəhreynlə görüş yersiz görünür.
 
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullayla söhbətdə dəqiqləşdirdik ki, bu, FIFA-nın tələbidi. Belə ki, beynəlxalq oyunlar üçün nəzərdə tutulan pəncərəni boşa vermək olmaz, yığmalar həmin günlərdə mütləq sınaq matçı keçirməlidi. AFFA da bu üzdən Bəhreynlə sınaq görüşünü təşkil etməli olub.
 
Lakin hətta tələbdisə də, daha uyğun variant seçmək - ya hansısa rəqibi Bakıda qəbul etmək, ya da Macarıstana yaxın ölkələrdən birində oynamaq - olardı. Belədə ən azı yol yorğunluğundan qurtulmaq mümkün idi. Bakıdan Asiya ölkəsinə, oradan Macarıstana getmək həm uzun yolçuluq, həm də 2 fərqli mühitə uyğunlaşmaq üzündən problem yaradacaq.
 
Firuz bəyin dediyinə görə, bu məsələ onları da narahat edir. Lakin danışıqlar fayda verməyib və uyğun rəqib tapmaq olmayıb. Müraciətlərdən sonra bəlli olub ki, boşda olan kimsə qalmayıb, hamı daha erkən tərpənərək rəqib seçib. Son variant kimi Bəhreynlə oynamaq lazım bilinib.
 
Danışıqların detallarından məlumatsızıq. Amma güman ki, bizimkilər yoldaşlıq oyunları üçün danışıqlara başlamaqda yubanıb. Halbuki FIFA-nın tələbini vaxtında nəzərə almalı və rəqib seçmək üçün tələsmək lazım idi. O da var ki, əksər yığma komandalar millimizlə oynamağa o qədər də həvəs göstərmir. Yolun uzaqlığı üzündən Bakıya gəlmək istəyənlər yoxdu, eyni zamanda hamı daha güclü sparrinq axtarır.

 
tarix: 27-09-2019 11:51


 
Xəbər lenti
14.11.2019
13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az