(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
İsgəndər Cavadov AFFA-nı ifşa etdi – VİDEOFAKT

İsgəndər Cavadov AFFA-nı ifşa etdi – VİDEOFAKT

AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti və nəhayət, Gəncə futbolunun kuratoru olan İsgəndər Cavadov etiraf edib. O, Gəncədə veteranlarla görüşündə bu qədər vəzifə sahibi olmasına, illərdi AFFA-da ancaq pul qatlamasına baxmayaraq, faydalı iş görmədiklərini boynuna alıb. Onun özünüifşasını gəncəli veteranlardan biri videoyaddaşa köçürüb və sosial şəbəkədəki hesabında paylaşıb.

İsgəndər bəy 25 il ərzində heç bir futbolçu və məşqçi yetişdirə bilmədiklərini etiraf edib. Daim vəzifə başında olan, idarəçi kimi ən yüksək səlahiyyətlərə malik biri bu sözlərdən sonra nitqini “bacarmadım, istefa verirəm” sözləriylə bitirməliydi. Amma bura hansısa Avropa ölkəsi deyil və Cavadov da belə etməyib. O, yenə vaxt öldürməyə, cibini doldurmağa, 12 ildi şirinlik alıb “baş üstə” dediyi ağalarını tumarlamağa davam edəcək.

Bir işi düz-əməlli görə bilməyən İsgəndər bəy imkan düşdükcə yeni vəzifələri qamarlayır, ölkə futbolunu məhv edənlərə qalxan rolu oynayır və cibini doldurur. Belə birini daim istedadları ilə tanınmış Gəncə futboluna kurator təyin etmək isə o bölgəni də birdəfəlik məhv etmək deməkdi. Necə ki, Regional Futbol Federasiyasının prezidenti olandan bəri regionlarda hər şey bitib.

Əslində, Cavadov həmişə keçəl başa “parik” olmağa yarayıb. Vaxtilə yaxşı futbolçu olduğundan maddi baxımdan onun qayğısına qalıblar, sima olaraq öndə saxlayıblar. O da bundan istifadə edib, “görüntüsünün pulunu” alıb. Necə ki, indi Gəncədə məhz bu prosesi izləyirik. AFFA-nın “Kəpəz”ə idarəçi qoyduğu Mikayıl Nərimanoğlunun maliyyə maxinasiyalarından sonra Vaqif Sadıqov da daxil olmaqla, heç kim bu şəhərə gedə bilmədi. Sonucda baş katib Elxan Məmmədov Cavadovun şöhrətindən faydalanmağa qərar verdi. Və əmin olun ki, İsgəndər bəy bu işində də yalnız görüntü üçün lazımdı və ona ayrılan paketlə kifayətlənəcək. Onun hətta “Kəpəz”də inzibatçını dəyişmək hüququ yoxdu. Ötən günlərdə klubun idarəetməsi icraçı direktor təyin edilən İlqar Nadirliyə tapşırıldı. Gəncədə MFL-in təşkilatçılarından biri olan bu şəxs birbaşa baş katibdən təyinat alıb.

Cavadov belə davam edərsə, daha 25 il yeyib yağlanacaq və qoca yaşında yenə deyəcək: “Bu 50 il ərzində heç bir məşqçi və futbolçu yetişdirməmişik”...

 


 
tarix: 27-09-2019 13:03


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az