(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”yə Maksimovdan da yuxarı səviyyəli məşqçi təklif olunub”

“Qəbələ”yə Maksimovdan da yuxarı səviyyəli məşqçi təklif olunub”

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Qol.az-a müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, son iki oyunda uğurlu çıxış edən komandadakı atmosferdən danışan klub rəsmisi yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də aydınlıq gətirib.

- Son iki oyunda qazanılan xallardan sonra “Qəbələ”də ab-hava necədir?
- İki oyunda dörd xal toplamağımız futbolçular arasında gərginliyi aradan qaldırıb. Komanda oyuna hazırlaşanda bir qədər gərginlik olurdu. Sevindirici odur ki, bu problem aradan qalxıb. Ancaq uşaqlar indi də məsuliyyətlərini dərk edirlər. Başa düşürlər ki, hələ heç nə əldə etməmişik. Sadəcə, iki oyunda dörd xal toplamışıq, hansısa bir ciddi uğur əldə etməmişik. Ümid edirəm ki, bu şəkildə davam edəcəyik və normal nəticələr qazanacağıq.

- Komandada özünəinam yaranıb?
- Sözsüz ki, bu nəticələr komandaya özünəinamı qaytarıb. İndi futbolçular çempionatda hansısa bir nəticə əldə etməyə ümidlə yanaşırlar.

- Növbəti tur “Neftçi” ilə qarşılaşacaqsınız. Belə bir vacib oyunda klub rəhbərliyi tərəfindən komandanın qarşısına hansı hədəf qoyulub?
- İstənilən oyunda komanda yaxşı nəticə əldə etməyə çıxır. Rəqibimiz kifayət qədər güclü, iddialıdır. Ola bilər ki, hazırda çempionatda istədikləri pillədə deyillər. Bunun nə qədər bizim xeyrimizə olacağını oyun göstərəcək. Bu hal “Neftçi”nin də məsuliyyətini bir qədər artırır. Sözsüz ki, rəqib bu durumdan çıxmaq istəyir. Yəqin ki, onlar da bizimlə oyuna dönüş nöqtəsi kimi baxırlar.

-  “Qəbələ” çempionatda sonuncu pillədən çıxmağı bacardı. Qazanılan xallar komandadakı hədəfləri dəyişir?
- Heyətimiz elədir ki, əgər biz desək ki, avrokuboklara qatılmasaq, bizim üçün uğursuz mövsüm olacaq, bu, reallığa uyğun olmaaz. Avrokuboklara vəsiqə qazansaq, təbii ki, bizim üçün uğur olacaq. İstər-istəməz komanda bunu reallaşdırmaq üçün əlindən gələni edəcək. Bunun nə dərəcədə alınacağını bilmirik. Mövsümün gedişində oyunçuların özlərini yaxşı tərəfdən göstərməsi də bizim hədəflərimiz arasında yer alır. Baxaq görək, hansı reallaşacaq.

- Yeni baş məşqçi məsələsi ilə bağlı vəziyyət nə yerdədir?
- Klub nümayəndəsi kimi bizə deyilən vaxtda bir dəyişiklik olacaq. Bununla bağlı gözləmə mövqeyindəyik. Hazırda hər hansı bir yenilik yoxdur.

- Dəfələrlə görmüşük ki, müvəqqəti baş məşqçi özünü yaxşı tərəfdən göstərərək komandada fəaliyyətini davam etdirir. Elmar Baxşıyevin vəzifəsində qalması mümkündürmü?
- Hazırda bununla bağlı klubda müzakirə aparılmır. İstər yerli, istərsə də xarici mütəxəssisin komandaya gətirilməsi də müzakirə olunmayıb. İndiki məqamda nəsə demək çətindir. Bu məsələni “Sabah”la oyundan əvvəl də,  sonra da müzakirə etməmişik. Yəni müzakirənin olmamasının yaxşı nəticə qazanmağımızla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq klubdaxili bəzi məsələlər həllini tapmalıdır. Bundan sonra hansı baş məşqçi ilə danışıq aparacağımızla bağlı strategiya müəyyən olunacaq. 

- Deməli, bu hal qeyri-müəyyən bir vaxta qədər davam edəcək?
- Bu gün üçün qeyri-müəyyəndir. Ancaq yəqin ki, bu, aylarla davam etməyəcək. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə aydınlıq gətirilər.

- "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun adı "Qəbələ" ilə çəkilirdi. Ukraynalı məşqçi ilə danışıq aparılıb?
- Baş məşqçi məsələsi müzakirə olunmadığı üçün hələ ki, dəqiq bir ad yoxdur. Bəlkə də, yaxın günlərdə  deyiləcək ki, ya yerli, ya da əcnəbi məşqçi gətirilsin. O ki qaldı Maksimova, baş məşqçi vəzifəsi boş olanda biz axtarmasaq belə, kifayət qədər yaxşı məşqçilər bizə təklif olunur. Bizə Maksimovdan da yuxarı səviyyəli məşqçi təklif olunub. Hazırda 10-dan çox məşqçi təklif olunub. Amma hər hansısa biri müzakirə olunmadığı üçün dəqiq fikir bildirmək olmur.

- "Qəbələ" bəzi yenə oyunlara Bakıda hazırlaşır. Bunun əsas səbəbi nədir?
- Biz həm Qəbələ, həm də Bakıda hazırlaşırıq. Komandanın rahatlığını düşünürük. Ona görə  Bakıda hazırlaşırıq. Bu da birbaşa olaraq məşqçilər korpusunun verdiyi qərara əsasən olur. Əgər iki oyunumuz ard-arda Bakıda olarsa, bu halda Qəbələyə gedib-gəlmək vaxt itkisi olduğu üçün və məntiqli görünmədiyindən məşqlərimizi Bakıda keçiririk. Amma komanda Qəbələdə də məşq edir.


 
tarix: 27-09-2019 16:39


 
Xəbər lenti
15.11.2019

19:01   Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40   “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20   “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00   Ronaldo rekorda yaxınlaşır

17:41    “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20   “Neftçi”dən darmadağın

17:00   Keyn bunu da bacardı

16:42   AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20   “Real”ın futbolçusu sıradan çıxdı

16:00   Bakıya 1200 uelsli azarkeş gəlib

15:45   “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30   Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az