(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi”nin bir çox oyunlarda bəxti gətirmədi” – Volkov

“Neftçi”nin bir çox oyunlarda bəxti gətirmədi” – Volkov

“Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi Davit Volkov futbolinfo.az-a müsahibə verib. Təcrübəli futbolçu komandanın son 2 matçdakı uğurlu çıxışından və “Neftçi” ilə bu gün baş tutacaq matçından danışıb.
 
- Son oyunda mövsümə yaxşı başlayan “Səbail”lə səfərdə 1:1-lik heç-heçə etdiniz. Demək olar ki, komanda özünə gəlib?
- Düşünürəm ki, nəticə ədalətli idi. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Yaxşı oyun getdi və sonda 1:1 pis nəticə deyildi.
 
- Son 2 oyunda 4 xal qazanmısınız...
- Futbolda uğurlu və ya uğursuz anlar həmişə olur. Son 2 oyunda həqiqətən komanda yaxşı çıxış edir. Düşünürəm ki, belə davam etmək lazımdı. Əgər davam etsək, xallar gələcək.
 
- Elmar Baxşıyev komandada nəyi dəyişdi?
- O, çox yaxşı insan və yaxşı məşqçidi. Ona uğurlar arzu edirəm . Ümid edirəm ki, daha da uğurlu olacaq.
 
- Ardıcıl xallar komandanın hədəfinə, məqsədinə təsir edib?
- Biz hər oyunda son 2 matçdakı kimi oynamaq istəyirik. Bunu bacarırıq və etməliyik. Düşünürəm ki, bundan sonra daha yaxşı olacaq. Uğurlu çıxışımızı davam etdirəcəyik.
 
- Komandanın azsaylı təcrübəli futbolçularındansan. Səncə, Elmar Baxşıyev vəzifəsində qalacaq?
- Bu barədə heç nə deyə bilmərəm.
 
- Ötən il heç kim inanmadığı halda “Qəbələ” əvvəlki illərlə müqayisədə zəif heyəti ilə kubok qazandı və tarix yazdı. İndiki heyət daha zəifdi və səncə, yenə sürpriz edə bilərsiniz? Ən azı ilk “3-lük”də ola bilərsiz?
- Əlbəttə, mümkündü. Əsas odur ki, öz istədiyimiz oyunu meydanda göstərə bilək. Belə olsa, niyə də yox?
 
- Növbəti oyununuz evdə “Neftçi”yə qarşıdır. Səncə, uğurlu seriyanı mövsümə uğursuz başlayan “Neftçi”yə qarşı davam etdirə biləcəksiniz?
- Çətin oyun olacaq. Biz qələbə üçün meydana çıxacağıq. Bütün oyunlarda da 3 xal üçün oynayırıq. Bu mövsüm “Neftçi”nin bir çox matçlarda bəxti gətirməyib. Buna görə də bir neçə oyunda qalib gələ bilməyiblər. Yaxşı qarşılaşma olacaq.
 
- Ötən il bir çox əcnəbi futbolçu “Qəbələ”dən getdi. Sənin də müqavilən dekabrda başa çatacaq. Getməyi düşünürsən?
- Düzdü, dekabrda müqaviləm bitir. Amma gələcəyimin necə olacağını bilmirəm. Hələ ki, burdayam və oyunları düşünürəm.
 
AĞA

 
tarix: 28-09-2019 11:38


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az