(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Yaramızı az da olsa, sağaltmış olduq”

Roberto Bordin: “Yaramızı az da olsa, sağaltmış olduq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesablı qələbəyə sevindikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi. İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Çünki əvvəldən sondadək oyuna köklənmişdim. Çempionatın necə bitəcəyini indidən deyə bilmərəm, amma bu qələbə çox vacib idi. Monrozun həftəboyu bir az ağrıları var idi deyə, məşqlərə gec qoşuldu. Namiq isə məşqlərdə özünü yaxşı göstərmişdi. Buna görə də ona ilk dəqiqələrdən şans verdim. Geniş heyətimiz var deyə, çalışıram rotasiya edim. Deyərdim ki, bizdə yara vardı. Yaramızı az da olsa, sağaltmış olduq. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq”.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 28-09-2019 19:55


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az