(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“O “partlayış” bu görüşə təsadüf etdi”

“O “partlayış” bu görüşə təsadüf etdi”

“Sabah”ın kapitanı Ruslan Abışov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az saytının məlumatına görə, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra öncə bunları söyləyib:
 
- Bu qələbəni çoxdan gözləyirdik. Açığı deyim, keyfiyyətli oyunumuz da olmurdu ki, yaxşı oynayıb, amma uduzduğumuzu deyə bilək. Fikrimcə, hər şey keçmişdə qaldı. Hər gün yeni nəsə başlayır. O beyinlə meydana çıxmışdıq ki, hər şey yenidən başlayıb, keçmiş turları unutmuşduq. Düzdü, ötən turlarda da belə düşünürdük. Bu gün “Səbail”ə qarşı yaxşı oynadıq, qollar vurduq. Qol epizodları yarada bildik. Qələbəyə layiq idik. Lazım olan vacib qələbə əldə etdik.
 
- Komandada motivasiya hiss edilirdi. Qısa müddətdə nəyi dəyişə bildiniz?
- Qeyri-adi bir şey etmədik. Hər qarşılaşmadan öncə paltardəyişmə otağında danışırdıq ki, bu oyun vacibdi, udmalıyıq, amma nədənsə alınmırdı. Bu gün oyunumuz hərtərəfli yaxşı alındı. “Keşlə” və “Qəbələ” ilə oyunlardakı kimi bu matça hazırlaşmışdıq. O “partlayış” bu görüşə təsadüf etdi. Ümid edək ki, bunun ardı da gələcək.
 
- Qarşıda “Qarabağ”la oyun var. Nə düşünürsüz?
- Əslində, hər zaman istəyirəm ki, çempionatda “Qarabağ” kimi komandalar olsun. Futbolçu üçün güclü rəqibə qarşı oynamaq daha yaxşıdı. Pis çıxmasın, bizim itirəcəyimiz bir şey yoxdu. “Qarabağ” 6 turdan sonra maksimum nəticə göstərib. Liderdilər və həqiqətən də buna layiqdilər. Ancaq biz də oyunumuzu oynayacağıq və çalışacağıq ki, çempionatda hansısa sürprizə imza ata bilək. Rəqibin adı var, amma biz də özümüzə güvənirik. Sona qədər mübarizə aparacağıq.
 
- İqor Ponomaryovun komandaya təsiri oldu?
- Ponomaryov Azərbaycan futbolunu yaxşı tanıyırdı, ölkəmizdə işləmişdi. Həftə ərzində bizə bildirirdi ki, çıxın futbolunuzu oynayın, özünüzə güvənin və rəqibdən üstün olduğunuzu göstərin. Bu gün hər kəs az da olsa, potensialını aça bildi.
 
- Oyunun son dəqiqələrində məğlub komanda kimi hücumlara atılırdınız. Kənarda qolun sizə daha çox lazım olduğu görünürdü...
- Darıxmışdıq qol vurmaq üçün (gülür). “Neftçi”ni çıxmaq şərti ilə qol vurmamışdıq. “Zirə” ilə görüşdə qolumuzda bəxt amili rol oynadı və oyunçularına dəyən top qapıya daxil oldu. Belə qələbələrin və qolların ardı gələr, buna inanırıq. Qarşıda vacib oyunlar var.
 
- Bu qələbə ilə psixoloji gərginlik aradan qalxdı?
- Psixoloji amil çox önəmlidi. Oynayırdıq, amma qol buraxan kimi ümidverici nəsə göstərmirdik. O cəhətdən problem var idi. Bu gün tilsimi qırdıq. Qarşıdakı oyunlarda lap qol buraxsaq da, “Səbail”lə matçı yada salıb, vəziyyətdən çıxa biləcəyik.


 
tarix: 30-09-2019 10:00


 
Xəbər lenti
14.11.2019
13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az