(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah”ın dirçəlişi, “Keşlə”nin artan iddiası

“Sabah”ın dirçəlişi, “Keşlə”nin artan iddiası

3:0 və 2:0 – meydan sahibləri və qonaqlar bu hesablı qələbələri bərabər bölüşdü. Qarşılıqlı qollar olmadı, autsayder dəyişdi. “Qarabağ” zirvədə itkisiz qərarlaşıbsa, mükafatlar verən yerlər uğrunda mübarizə kəskinləşir. Digər 7 komandanın hamısının Avropa Liqası arzusu var və kimsəni siyahıdan silmək olmaz.
 
Turun ən önəmli matçları dünən reallaşdı. “Keşlə” əsas rəqiblərindən olan “Zirə”ni layiqli qələbəylə yendisə, “Sabah” da uğursuz gedişə son qoydu. Son 5 pillədəki komandanı bir-birindən 1 xal ayırırsa, digər 2 komanda 8 xal gerisində olduqları ağdamlıları şərikli təqib edir.
 
Yuri Vernidub ürək rahatlığı ilə müqavilə bağlaya bilər. “Sabah” onun iddialarına uyğun klubdu. Hazırkı heyət çox yaxşı seçilib, qalır futbolçuları vahid kollektiv kimi birləşdirmək.
 
Sadəcə, əvvəlki baş məşqçi Elşad Əhmədov və əvəzedicisi Rövşən Babayevdən fərqli olaraq, daşları yerinə düzgün oturtmaq lazımdı. Necə ki, bunu dünən İqor Ponomaryov etdi və komanda mövsümdə ilk qələbəsini qazandı. İlk yarıda bərabər oyun getsə də, fasilədən sonra futbolçuların fərdi ustalığındakı fərq üzə çıxdı, meydan sahibləri ardıcıl qollar vurub, son pilləni tərk etdi.
 
Ukraynalı məşqçi vaxtilə “Qəbələ”yə də gələ bilərdi. Lakin o zaman bölgə təmsilçisi Roman Qriqorçuku Vernidubla əvəzləmək planını təxirə saldı. O isə məhz indi ölkəmizdə görünəcək. Vətənində yaxşı işi ilə tanınan Vernidubla uğurlu gələcək vəd edən “Sabah”ın planları üst-üstə düşür. Tezliklə müqavilə bağlanacaq və o, dünən tribunadan izlədiyi komandanı avrokuboklara aparmaq üçün işə başlayacaq.
 
“Sabah” bu mövsüm 4-cü məşqçisinə qovuşmamış ilk qələbəsini qazandı. 2-ci pillədəki “Səbail”in məğlub edilməsi xüsusilə önəmlidi. Əks halda xal fərqi xeyli böyük olar, yüksək yerlərlə bağlı ümidlər xəyala dönərdi. Lakin kritik məqamda toparlanan futbolçular rəhbərliyin qayğısına biganə qalmadıqlarını nümayiş etdirdilər.
 
İnsafən bu işdə “Səbail” də onlara kömək etdi. Klubdaxili problemlərə də sinə gərən futbolçuların müqaviməti fasilədən sonra qırıldı. Turan Manafovun ötürmə səhvlərindən sonra meydan sahibləri qol vura bilməsə də, təzyiqi artırmalarına yardım etdi. Müqaviməti bitirən səhvi isə Kamal Bayramov etdi. Təcrübəli qapıçı topu meydanın mərkəzindəki rəqib oyunçuya ötürdü, Coşqun Diniyevin zərbəsindən sonra isə torunun silkələnməsini seyr etdi. Ardınca müdafiənin mərkəzində Cavid İmamverdiyev unuduldu, daha sonra Şakir Seyidov rəqib cərimə meydançasında maneə görmədən dəqiq zərbə vurdu. Hakim “Səbail”in qapısına aşkar penaltini təyin etsəydi, bəlkə də darmadağın daha acınacaqlı olardı.
 
Daha 2 qarşılaşmada olduğu kimi “Keşlə” – “Zirə” matçında da ilk yarıda bərabər mübarizə, fasilədən sonra bir tərəfin darmadağınını gördük. Düzdü, nominal meydan sahibləri ilk 45 dəqiqədə də daha üstün idi, lakin fasilədən sonra “qartallar”ın oyun nizamı tamamilə pozuldu. Samir Abasovun taktiki savaşda Tərlan Əhmədova uduzdu və “Keşlə” vacib 2 qolla 2-ci pilləyə şərik oldu.
 
Oyunçu arsenalı baxımından “Zirə”nin daha geniş heyəti var. Amma Abasov bu zənginlikdən istifadə etməyi bacarmır. Daim legioner oyunçu arzusunu dilə gətirən məşqçi indi yaradılan imkandan yararlanmağı bacarmır. “Keşlə” faktiki dəyişməz heyətə, bəlli oyun üslubuna sadiqdi və rəqib buna qarşı heç nə ortaya qoymadı.
 
Hələ ilk dövrə bitməyib, kimisə siyahıdan silmək olmur. Lakin yavaş-yavaş komandalar güclərinə görə sıralanmağa başlayır. Yəqin ki, qarşıdakı turlarda “Səbail”in enişini, “Sabah”ın yüksəlişini müşahidə edəcəyik. Digər komandalar isə qışa kimi yıxıla-dura çıxışını davam etdirəcək. Əsl mübarizə isə qışdan sonra başlayacaq.
 
FƏRİD

 
tarix: 30-09-2019 09:00


 
Xəbər lenti
14.11.2019

20:35   “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21   “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55   Millimiz Lixtenşteynə qalib gəldi

18:50   “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25   Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00   “Azərbaycan fəth edilməlidi”

17:40   “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19   Arda Turanla bağlı qərar verildi

16:59   “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35   Prosineçki Beqoviçə cavab verdi

16:17   “Neftçi”də qvineyalı futbolçu

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az