(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah” üçün ilklərlə zəngin oyun

“Sabah” üçün ilklərlə zəngin oyun

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah” “Səbail”i qəbul etdi. 

Futbolinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatdı.

Fasilədən sonra təşəbbüsə yiyələnən meydan sahibləri 78-ci dəqiqədə bu üstünlüyünü hesabda əks etdirib. Coşqun Diniyev gözəl zərbəylə həm oyunda, həm də “Sabah”da ilk qoluna imza atıb. Bir neçə dəqiqə sonra Cavid İmamverdiyev Ozan Can Kökcünün künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirərək komandasının üstünlüyünü 2 topa çatdırıb.

Matçda son nöqtəni isə gənc futbolçu Şakir Seyidov qoyub. 88-ci dəqiqədə Ozan Can Kökcünün əvəzinə meydana daxil olan 18 yaşlı futbolçu, matça əlavə olunmuş 6-cı dəqiqədə Ulisse Diallonun ötürməsini qapıdan keçirərək qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, Şakirin “Sabah”da vurduğu ilk qoldu. 18 yaşlı yarımmüdafiəçi həmçinin, Premyer Liqada qol vuran ən gənc futbolçu olub.

“Səbail”lə oyun “Sabah” üçün daha bir neçə ilklə yadda qalıb. Komanda İqor Ponomaryovun rəhbərliyi altında çıxdığı ilk oyunu qələbə ilə başa vurub. Bu qələbə həm də, cari mövsümdə qazanılan ilk 3 xal olub. Bundan əlavə, “Sabah” “Səbail”lə görüşdə Premyer Liqada ilk böyük hesablı qələbəsini qazanıb.


 
tarix: 30-09-2019 12:31


 
Xəbər lenti
17.11.2019

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az