(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bombardir: “Keşlə”də ən yaxşı futbolçu yoxdu”

Bombardir: “Keşlə”də ən yaxşı futbolçu yoxdu”

Son turda vurduğu qol Lorentso Frutosu bombardirlər yarışında ilk pilləyə çıxardı. “Keşlə”də debüt mövsümünü keçirən hücumçu “Zirə”ylə matçda fərqlənməklə komandasının da 2-ci sıraya şərik olmasına yardım etdi. 4 qol böyük göstərici deyil, lakin Frutosun oyunçu keyfiyyətlərinə baxmaq üçün cəmi 6 oyunda bu qədər fərqlənmək kifayət edir.
 
- “Zirə” üzərində qələbə qazandınız. İki uğursuz oyundan sonra bu qələbəni nəyə borclusunuz?
- Çox sevinirəm ki, 3 xalı əldə etdik. Biz buna layiq idik. 3 xala çox ehtiyacımız var idi. Son 2 oyunun birində uduzmuşduq, birində heç-heçə etmişdik. İndi də qalib gəlməyi bacardıq. Bizim komanda hər matçda qələbəyə layiqdi.
 
- Səni komandanın lideri sayanlarla razısan?
- Yox, bu barədə heç düşünmürəm də. Mənə görə bizim ən yaxşı oyunçumuz yoxdu. Ən yaxşı olan komandadı. Birlikdə uğurlu nəticələr əldə etməyi bacarırıq. Hər kəs “Keşlə”nin adı üçün meydana çıxır.
 
- “Keşlə”nin qarşısına nə hədəf qoyulub?
- Biz oyundan oyuna daha yaxşı oynamağı düşünürük. Bugünkü nəticələrə görə vəziyyətimiz yaxşıdı, istədiyimiz nəticəni almışıq. Lakin 6 matçdan sonra nəsə demək çətindi. Bizi mövsümün sonuna qədər çətin bir yol gözləyir.
 
- Çempionatda mübarizə səni qane edir?
- Azərbaycan çempionatı haqqında çox şey bilmirəm. Amma burada yaxşı komandalar və güclü futbolçular var. Xeyli sayda yüksək səviyyəli oyunlar keçib. Ona görə də burada oynamaq xoşuma gəlir.
 
- Hər hansı komandanın “Qarabağ”a qarşı müqavimət göstərəcəyinə inanırsan?
- “Qarabağ” geridə qalan 6 turda mükəmməl çıxış edib və 6 qələbə qazanıb. Onlar rəqiblərlə aralarında çox ciddi fərq yaradıblar. Hansısa komandanın onlara çempionluq yolunda ciddi maneə yaratması çox çətin olacaq. Amma futbolda hər şey mümkündü.
 
- Qarşıda “Sumqayıt”la oyun var...
- Biz səfərə qələbə üçün gedəcəyik. İstənilən rəqiblə oyun çətindi, amma hədəfimiz 3 xaldı. Həftəboyu ciddi şəkildə bu oyuna hazırlaşacağıq və istədiyimiz kimi oynasaq, 3 xal da bizim olacaq.
 
FƏRİD

 
tarix: 01-10-2019 09:12


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az