(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-dan 5 komandaya texniki məğlubiyyət

AFFA-dan 5 komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-17 Liqasında “Qarabağ” – “Sumqayıt” matçının 21-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elnar Ələkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nurlan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – “İsgəndər Cavadov BFA” matçında “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Yusif İmaməliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Səbail” – “Xilə” matçının 53-cü dəqiqəsində “Səbail”in futbolçusu Raul Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Sabah” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Elmir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 72-ci dəqiqəsində “Sabah”ın futbolçusu Qəşəm Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Liqasında “İsgəndər Cavadov BFA” – “Mil-Muğan” matçının 80+2-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Rəmzi Səfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Sabah” – “Binə” matçının 55-ci dəqiqəsində “Binə”nin futbolçusu Xəyal Ələkbərli və “Sabah”ın futbolçusu Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun gedişində “Binə”nin azarkeşləri meydana daxil olaraq rəqib komandaya hucum edib. Nəticədə oyun yarıda dayandırlıb. Bu səbəbdən “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Meydan sahibi kluba – “Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.

U-14 Liqasında “Səbail” – “Məqsəd Kursları” FK matçında “Səbail”in futbolçusu Səfər Sadiqzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Neftçi” İK İB – “Vətən” RİOEUGFM matçının 48-ci dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Nihad Şahhüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Qala” (Şəmkir) – “Turan Tovuz” matçının 48-ci dəqiqəsində “Qala”nın futbolçusu Elmir Hüseynli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında UGİM Naftalan – UGİM Ulduz Mingəçevir matçının 17-ci dəqiqəsində UGİM Naftalan klubunun baş məşqçisi Xəyal Abdullayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanıb.

U-12 Liqasında UGİM Gənclərbirliyi – “Çinar” UGFHK matçında “Çinar” UGFHK komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Metak” (Qusar) – “Xızı Təhsil” matçında “Xızı Təhsil” komandasının heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Qızlar Liqasında “Aran” FK (Ağcabədi) – “Bəhramtəpə” (İmişli) matçında “Bəhramtəpə”nin heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Harmony Hotel” – “Metropoliten” matçının 30-cu dəqiqəsində “Metropoliten”in futzalçısı Mahir Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Harmony Hotel” komandasının heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Marafon” – “Record club” matçının 28-ci dəqiqəsində “Record club”un futzalçısı Sayedahmad Yaghoubi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 28-ci dəqiqəsində “Marafon”un futzalçısı Sərxan Məstiyev rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Bakı” TFK matçı başa çatdıqdan sonra “Xızı Futzal”ın baş məşqçisi Yasin Yaqubzadə və komandanın rəhbəri Orxan Allahverdiyev hakimlər briqadasın təhqir etdiyinə görə hər biri 5 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Standard” – “Zəngilan” matçının 24-cü dəqiqəsində “Zəngilan”ın futzalçısı Elçin Mustafayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Star Karqo” – “Baku Fire-2” matçı başa çatdıqdan sonra “Baku Fire-2” klubunun futbolçusu Murad Salahzadə rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.


 
tarix: 01-10-2019 14:37


 
Xəbər lenti
17.11.2019

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az