(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan yığması sürprizi ev oyunlarına saxlasa, yaxşıdı” – Macar futbolçu

“Azərbaycan yığması sürprizi ev oyunlarına saxlasa, yaxşıdı” – Macar futbolçu

Macarıstan yığma komandasının üzvü Denis Dibus futbolinfo.az saytına müsahibə verib. O, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.
 
- AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə üz-üzə gələcəksiniz. Bu görüşdən gözləntiniz nədir?
- Bizim üçün çox vacib qarşılaşma olacaq. Əgər AÇ-2020-y getmək istəyiriksə, bu matçdan mütləq 3 xalla ayrılmalıyıq. Həqiqətən Macarıstan yığması üçün önəmli qarşılaşmadır.
 
- Bakıdakı keçirilən qarşılaşma qədər asan qələbə gözləmirsiz?
- Yox, qətiyyən asan olmayacaq. Bizi çətin 90 dəqiqə gözləyəcək. Azərbaycan çox kompakt komandadır, lakin iyunda keçirilən matçda biz onları bir çox mövqedə üstələyə bilmişdik.
 
- Səfərdə rahatlıq 3 qol vurmuşdunuz. Ağlınızdan evdə daha çox qol vurmaq keçmir?
- Ümid edirəm ki, bir neçə qol vuracağıq. Qol vurmaq yaxşı haldır, lakin əsas olan 3 xalı qazanmaqdır. Bunu əldə edə bilsək, bizim üçün xeyli yaxşı hal sayılacaq.
 
- Azərbaycan yığmasının son 2 matçını izlədinizmi?
- Dediyim ki, Azərbaycan zəif komanda deyildi. Onlar bəzən çox yaxşı futbol göstərirlər. Düşünürəm ki, qrup mərhələsinin başlanğıcından indiyə qədər daha çox inkişaf ediblər. Uelslə matçın icmalına baxdım. Heç də pis təsir bağışlamadılar. Xorvatiya ilə matçın ilk hissəsini izlədim. Fikrimcə, komanda inamlı çıxış edirdi.
 
- Əgər bu görüşdə xal itirsəniz…
- Düşüncəmiz yalnız qalib gəlməkdir. Əgər hədəflərimizə çatmaq istəyiriksə, Azərbaycan üzərində qələbə qazanmalıyıq.
 
- Bakıdakı matçdan yadınızda qalan hər hansı futbolçu oldumu?
- Bir neçə futbolçunu xatırlayıram ki, təhlükəlidirlər. Adlarını xatırlamasam da, onları zərərsizləşdirmək haqqında düşünməliyik.
 
- Sizcə, Azərbaycan sürpriz edə bilər?
- Ümid edirəm ki, Azərbaycan sürpriz edəcək, amma bizə qarşı yox. Sürprizi ev oyunlarına saxlasalar, yaxşıdır (gülür).
 
FƏRİD

 
tarix: 02-10-2019 10:22


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az