(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah”ın pauzası

“Sabah”ın pauzası

“Sabah” yeni baş məşqçi təyinatı ilə bağlı tələsmək istəmir. Bir neçə namizədlə danışıq aparan paytaxt klubu kimi seçəcəyinə fasilə dönəmində qərar verəcək.
 
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın növbəti turundan sonra ilk dövrə yekunlaşacaq. Milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq. Həmin vaxt qısa istirahətə çəkiləcək klublar daxili problemlərini yoluna qoymaq üçün vaxt qazanacaq.
 
“Sabah” indiyədək bir neçə məşqçi ilə danışıq aparıb. Ümit Özatla bağlı xəbərlər rəsmi təsdiqini tapmayıb. Əslində, türkiyəli mütəxəssisin bakılılara uyğun biri olmadığı da sirr deyil. Əvəzində paytaxt klubunun ölkəmizə çağırdığı iki əcnəbi haqda başqa cür düşünməliyik.
 
“Sabah”ın mövsümdə ilk qələbəsini qazandığı “Səbail”lə ev matçını izləyənlər arasında ukraynalı Yuri Vernidub və gürcü Georgi Tsetsadze var idi. Vernidub hazırda işsizdisə, Tsetsadze Gürcüstanın U-21 yığmasına rəhbərlik edir. Onlar klub rəhbərliyinin istəyi ilə gəlmişdi və komandaya baxıb, yernidəcə danışıq aparmalıydılar.
 
Doğrusu, iki məşqçinin eyni məqsədlə dəvəti bir qədər qəribədi. Ən azı həmin məşqçilər bir-birinə hörmət naminə bu vəziyyətə düşməməliydilər. Lakin razılaşıblarsa, deməli, onları yalnız yeni müqavilə düşündürür.
 
Danışıqların gedişi sirr saxlanılır. Yalnız o bəllidi ki, klub rəhbərliyi Vernidub variantına daha çox üstünlük verir. Gəl ki, onun tələbləri həddindən artıq yüksək və qəbulolunmazdı. 3 il üçün 1,5 milyon dollar maaş istəyən ukraynalı transferlərdə də tək söz sahibi olmaq istəyir. Bu, çox risklidi, klub rəhbərliyi sponsorlarla məsləhətləşmək qərarına gəlib.
 
Əslində, “Sabah” islahatları vaxtında başladı. Mövsümə uğursuz start klub rəhbərliyinin yaratdığı şəraitlə, edilən transferlərlə düz mütənasib deyildi. Elşad Əhmədovun istefası tamamilə gözlənilən idi və vaxtında reallaşdı. İndi isə onu elə məşqçi əvəz etməlidi ki, komandanı hədəflərinə çatdırsın. Vernidub uğurlu biridi, zəngin karyerası var. Amma Azərbaycanda işləri alınmasa, onu yola salmaq asan olmayacaq. Əcnəbilərin təzminat məsələsində necə dəqiq olduğu hamımıza bəllidi. Üstəlik, onun etmək istədiyi transferlər də gələcəkdə komandaya yük ola bilər.
 
Bu səbəbdən “Sabah” qərar verməyə tələsmir. Üstəlik, müvəqqəti əvəzləyici təyin olunan İqor Ponomaryovun uğurlu debütü beyinlərdə sual yaradıb. Bəlkə elə qışa kimi Müşahidə Şurasının üzvü olan olimpiya çempionumuzla yola davam etmək daha məsləhətlidi. Ötən müddət ərzində həm əcnəbi məşqçilərlə bağlı daha dəqiq seçim edilər, həm də Ponomaryovun əsl potensialı aydınlaşar.
 
“Sabah”ın əcnəbi məşqçi gətirməkdə israrının səbəbi var. Əvvəla, ölkədə işsiz olan bacarıqlı məşqçilərin sayı azdı, işiylə seçilən, amma klublarla müqaviləsi olanlarla isə yalnız mövsüm yarılanarkən təmasa keçmək olar. İkinci əsas səbəb isə sponsorların mövqeyidi. Bildiyimizə görə, məhz onlar legioner mütəxəssis gətirilməsinin tərəfdarıdı.
 
İstənilən halda, “Sabah” dəyişikliklərə vaxtında, mövsüm əldən getməmiş əl atdı. İndi isə düzgün seçim edib, avrokuboklara vəsiqə arzusunu reallaşdırmaq olar. Klubun buna hər cür imkanı var. 3 məşqçi dəyişməsinə və bu qədər uğursuz nəticələr göstərməsinə rəğmən, komanda 2-ci pillənin sahibindən cəmi 5 xal geridədisə, deməli, düzgün seçimlərlə rahatca medallar uğrunda mübarizə aparmaq olar.
 
CAVAD

 
tarix: 02-10-2019 11:12


 
Xəbər lenti
07.12.2019

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az