(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Problem: “Səbail”də mükafat yox, vəd verilir

Problem: “Səbail”də mükafat yox, vəd verilir

“Səbail”də yeni gərginlikdi. Klub rəhbərliyindəki ikitirəlik, süni şəkildə yaradılan maliyyə sıxıntısı nəticələrə təsir etməkdədi.
 
6 tura 3 vacib qələbə qazanan və bunun sayəsində lider “Qarabağ”ın əsas izləyicisi olan “dənizçilər”in son oyunlardakı qeyri-sabit və sönük oyununun əsas səbəbi də budur. Futbolçular mövsüm başlayanı vəd olunan mükafatlarını almayıb. Artıq düşərgədə narazılıq və söz-söhbət başlayıb, baş məşqçi Aftandil Hacıyevin vədləri də yalan çıxınca futbolçular həvəssiz oynayır.Əksər aparıcı oyunçular qış fasiləsini gözləyir ki, özünə yeni komanda axtarsın.
 
Mükafatla bağlı vədi klubun əsas idarəçisi Tamerlan Abdullayev verib. O, gecikmənin səbəbini maliyyə sıxıntısı ilə əsaslandırır və bütün borcların Avropa Liqasındakı iştiraka görə UEFA-dan gələcək vəsaitdən veriləcəyini deyib. Futbolçularsa quru sözə inanmır. Maliyyə klubu idarə edən AFFA-nın əlindədi və icraçı direktor Ramin Həsənovdan icazəsiz klub düşərgəsinə belə gəlməyən Abdullayevin vədinə əməl edəcəyinə oyunçular inanmır. Çünki indiyədək məhz Həsənovun dedikləri çin çıxıb, onun UEFA-dan gələcək pulu da başqa istiqamətlərə yönəldəcəyi gözləniləndi.
 
Bu durum xaosa və inamsızlığa səbəb olub. “Səbail”də mükafat yox, yalnız vəd verilməsi futbolçuların motivasiyasına təsir edib. Bu gedişlə komandanın nəticələrinin pisləşməsi, qışda isə ciddi qopmalar qaçılmazdı.
 

 
tarix: 02-10-2019 12:31


 
Xəbər lenti
12.11.2019

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az