(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Maaşlarımı almamışam” - Eriko

“Maaşlarımı almamışam” - Eriko

“Səbail”in müdafiəçisi da Eriko da Silva futbolinfo.az-a müshahibə verib. O, komandadakı maddi sıxıntılardan, qarşıdakı oyunlardan danışıb:
 
- Hazırda vəziyyətin necədir?
- Özümü daha yaxşı hiss edirəm. Artıq fiziki məşqlərə başlamışam. 

- Nə zaman meydanlara qayıdacaqsan?
- Hələ ki, bunu dəqiq bilmirəm. Çünki tam sağalmamışam. Ola bilər ki, növbəti həftə qaçışlara start verdim.

- Son 2 oyunda komandamız qələbə qazana bilmir. “Qəbələ” ilə evdə heç-heçə və “Sabah”a 0:3 hesablı məğlubiyyət...
- Düşünürəm ki, komandamız doğru yoldadır. Mövsümdə cəmi 2 oyunda məğlubiyyətə uğramışıq. Fikrimcə, hər şeyi unudub qarşıdakı matçlara köklənməliyik. Bizim yaxşı komandamız var. Böyük ailə adlandırmaq olar. Birlikdə uğurlu olacağımızı düşünürəm. 

- Mövsümün başlanğıcında komandanızda maddi problemlər oldu. Həmin vaxt komandadan getmək haqqında düşündün?
- Düzdür, komandada problemlər oldu. Lakin mən burdan ayrılmaq istəmədim. Çünki “Səbail”də oynamaq xoşuma gəlir. Mən özümü burada sübut etmək istəyirəm. Zədələndiyimə görə çox pis oldum. Hazırda yalnız sağalıb heyətə qayıtmaq istəyirəm. 

- Maaşlarını vaxtında ala bilirsən?
- Yox, bütün maaşlarımı almamışam. Lakin bundan çox bərpa olunub komandaya qayıtmaq haqqında düşünürəm. Maaşlara gəlincə, düşünürəm ki, bunu tezliklə həll edəcəklər. 

- Əgər vəziyyət belə davam etsə, burada qalacaqsan?
- Hazırda “Səbail”in futbolçusuyam. Fikrimcə, problemləri həll edəcək insanlar bu barədə əllərindən gələni edirlər. 

- Son oyundan sonra futbolçularınız qələbəyə görə mükafatlar qalmadıqlarını da açıqladılar..
- Bundan xəbərim var və hər şeyin qaydasına düşəcəyinə ümid edirəm. Biz bu problemləri düşünsək, çempionata fokuslana bilmərik. Daha çox oyunları fikirləşib meydana çıxmalıyıq. Qələbələr olduğumu zaman hər şey yoluna düşəcək. Mən öz komandama inanıram. Biz hər şeyin ən yaxşısını edə bilərik. 

- Qarşıda “Neftçi” ilə oyun var...
- “Neftçi” çox yaxşı komandadır. Lakin biz evdə oynayacağıq. Buna görə də qalib gəlmək şansımızın olduğunu düşünürəm.
 
AĞA

 
tarix: 02-10-2019 14:58


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az