(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” güclü rəqibdi, amma itiriləsi heç nəyimiz yoxdu”

“Qarabağ” güclü rəqibdi, amma itiriləsi heç nəyimiz yoxdu”

“Son turda “Viktoriya” üzərində 7:0 hesablı yerinə düşdü. Biz çox çətin dövrdəyik. Buna görə də yeddi qollu qələbə çox faydalı oldu”. 

Futbolinfo.az xəbər verir ki, bunu Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Mikael Qaros deyib.

Fransalı yarımmüdafiəçi Avropa Liqasının “Qarabağ”la bu gün keçiriləcək matçı ərəfəsində fikirlərini açıqlayıb: “Qarabağ”la qarşılaşma tam başqa olacaq. Komandamız üçün son turdakı 7 qol vacib idi. Həmin qələbənin “Qarabağ”la oyuna bağlılığı yoxdur. Sadəcə bu nəticə komandada yüksək əhval-ruhiyyə yaradıb. Son matçlarda göstərdiyimiz məhsuldarlıq bizə arxayınlaşmağa əsas vermir. Onlar tarixdə qaldı. İndi digər qarşılaşmaları düşünməliyik. Matçlara tam köklənmək, məşqdə səylə çalışmaq lazımdı”.

Qaros “Qarabağ” haqda məlumatının azlığını qeyd edib: “Rəqib barədə bilgim məhduddu. “Qarabağ”la oyunda ehtiyatlı olmalı, arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidi. “Qarabağ” da çox güclü rəqibdi, amma bizim itiriləsi heç nəyimiz yoxdu. Rəqiblərə yuxarıdan aşağı da baxmırıq. Balanslaşmış komandamız da var”.

Müdafiəçi Avropa Liqasının komanda üçün ikinci dərəcəli olduğunu vurğulayıb: “Bizim üçün ölkə çempionatı daha prioritetdi. Təbii ki, Avropa Liqası da çox yaxşıdı. Amma unutmayaq ki, qrup mərhələsində olmağımız çempionatdakı uğur sayəsində mümkün olub. Əgər mövsümün sonunda ilk üç və ya dörd yerdən birini tutmasaq, Avropa Liqasında yaşadığımız bu hissləri gələn il görməyəcəyik. Hər qələbə sevinc bəxş edir. Bilmək olmaz, bəlkə “Qarabağ”la görüşdə də yenə bu sevinci yaşayacağıq”. (matc.az)

Qeyd edək ki, Lüksemburqda “Josi Bartel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 


 
tarix: 03-10-2019 11:10


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az