(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurban Qurbanov: “Biz belə təxribatlara uymalı deyilik”

Qurban Qurbanov: “Biz belə təxribatlara uymalı deyilik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında ilk hissədə qeydə alınan erməni təxribatından da söz açıb.

“Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdı. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, "Qarabağ"ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdu. Biz burdan gözəl qələbə ilə dönürük.

Meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacaqdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”.

Qurbanov klub rəhbərliyinin bu məsələ ilə bağlı UEFA-ya müraciət edəcəyini bildirib: "UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq".

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini söyləyib.

Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb: "İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti "Sevilya"dı. Qalan 3 komanda isə 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq".


 
tarix: 04-10-2019 01:59


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az