(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”dan Azərbaycan futbolu tarixində yeni ilklər!

“Qarabağ”dan Azərbaycan futbolu tarixində yeni ilklər!

Azərbaycan çempionu “Qarabağ” yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi avrokubokların qrup mərhələsində böyük hesabla qalib gələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Qurban Qurbanovun yetirmələri bu nailiyyətə Avropa Liqasının qrup mərhələsinin ikinci turunda imza atıblar. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə yenən “Qarabağ” daha bir tarix yazıb.

Bunadək Azərbaycan klubları avrokubokların qrupdan başlayan əsas mərhələsində 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. İlki reallaşdıran “Qarabağ” ilk və ən böyükhesablı qələbənin müəllifi olub.

Ümumiyyətlə, bunadək qrupda əldə olunan 5 qələbənin hamısı da “Qarabağ”ın hesabında idi. Ağdam təmsilçisi 4 dəfə 1:0, 1 dəfə 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Lüksemburqdakı qarşılaşma həm də ikiqat yubileylə əlamətdar olub. Azərbaycan futbolu tarixində klublarımızın əsas mərhələdəki 50-ci görüşü tarixi qələbə ilə başa çatıb. Bu, həm də Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçisi kimi 100-cü avrokubok görüşü olub. (APA)


 
tarix: 04-10-2019 09:20


 
Xəbər lenti
12.11.2019

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az